Ölkə şokdadır: Kəsdikləri insan başıyla futbol oynadılar

Rusiyanın Sverdlovsk şəhərində 1 nəfərin başını kəsərək futbol oynayan 2 nəfər məhkəmənin qərarı ilə cəmi 12 il həbs cəzası alıb. Ruslar məhkəmə qərarına sərt reaksiya veriblər.
Sherg.az xarici media istinadən xəbər verir ki, keçən ilin avqust ayında yaşanan hadisədə 2 nəfər 36 yaşlı Oleq Tyulkini vəhşicəsinə öldürərək əvvəl başını kəsiblər, sonra bədənini parçalara bölüblər. Gecə işlətdikləri cinayətin şəkillərini çəkib internetdə yoldaşlarına göndərən canilər səhər Sverdlovsk şəhərində  bir boş ərazidə kəsdikləri başla futbol oynamağa başlayıblar. Əraziyə gələn uşaqlar canilərin adam başı ilə futbol oynadıqlarını görüb, qaçaraq böyüklərinə xəbər veriblər. Hadisə polisə bildirildikdən sonra polis qrupları cinayətkarları həbs edib, kəsilmiş başı isə ədli tibb mərkəzinə aparıblar. Canilərın evinə polis basqını zamanı cəsədin digər orqanlarını parçalanmış halda tapıblar. Aparılan araşdırma zamanı cinayətkarların narkotikadan istifadə etdikləri və tələ quraraq başqa bir yoldaşlarını çağıraraq vəhşicə öldürdükləri aydın olub. Tutulduqdan sonra həbsxanaya göndərilən şəxslər daha sonra məhkəməyə çıxarılıb. Canilər narkotikanın təsiriylə cinayət törətdiklərini, amma hadisəni xatırlamadıqlarını söyləyib. Məhkəmə sonda cinayəti törədənlər haqqında 12 il həbs cəzası kəsib. Bu xəbər bütün Rusiyada sərt reaksiyalara səbəb olub.
Bundan sonra həmin şəxslərin cəzalarından şikayət edilib və ədalətli qərar çıxarılması üçün yenidən işlərə başlanıb.