Ölkədə qeyri neft-qaz sektorunda məhsul istehsalı artıb
08:50 13.07.2019
Arxiv
464
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-iyun aylarında 23,6 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,7 faiz artıb.
Trend-in məlumatına görə, sənaye məhsulunun 69,5 faizi mədənçıxarma sektorunda, 25,6 faizi emal sektorunda, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda neft hasilatı 3,0 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 35,0 faiz artıb.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 2,2 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 83,6 faiz, içkilərin istehsalı 65,2 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 51,2 faiz, hazır metal məmulatlarının istehsalı 47,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 30,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 30,4 faiz, kağız və karton istehsalı 28,6 faiz, mebel istehsalı 27,7 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 20,6 faiz, qida məhsullarının istehsalı 20,0 faiz, tütün məmulatlarının istehsalı 14,2 faiz, poliqrafiya məhsullarının istehsalı 10,6 faiz, maşın və avadanlıqların istehsalı 10,0 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 10,0 faiz, tikinti materiallarının istehsalı 8,9 faiz, əczaçılıq məhsullarının istehsalı 5,7 faiz, geyim istehsalı 3,3 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,0 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 1,8 faiz artmış, neft məhsullarının istehsalı 1,5 faiz, elektrik avadanlıqlarının istehsalı 8,0 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 18,2 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,8 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 7,4 faiz artıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lukaşenko: Heç vaxt Rusiyaya xəyanət etməyəcəm
14:29 02.10.2026
Dünya
Yaponiya Rusiyaya yeni sanksiyalar tətbiq edib
14:25 02.10.2026
Dünya
Gəncədə avtomobil hasara çırpılıb, 2 nəfər xəsarət alıb
14:12 02.10.2026
Hadisə
Türkiyə Mədinəyə hücuma təpki göstərdi
13:51 02.10.2026
Gündəm
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə