"Ölkəmizdə bəzi qüvvələr təriqətlər arasında təfriqə salmaq istəyir" - Şərqşünas
12:59 01.08.2018
Arxiv
859
"Hansısa problemi, hətta xırda detalları böyüdüb, ümumən ölkəmizdə tolerantlığın istənilən səviyyədə olmadığını iddia edə bilmərik”.
Bunu "Sherg.az”a sosial şəbəkələrdə din pərdəsi altında anti-Azərbaycan təbliğatının aparılmasından danışarkən tanınmış şərqşünas seyid Camal Əzimbəyli deyib.
O diqqətə çatdırıb ki, bir neçə xırda məqamı əsas götürüb, ölkəmizdə dinlərarası və millətlərarası münasibətlərin dözümsüz olduğunu söyləmək əsassızdır:
"Hər hansı şəxsin dövlətin dini, mənəvi dəyərləri təbliğ etmədiyini söyləməsi şər-böhtandır. Çünki ölkədə dinlərarası, hətta təriqətlərarası münasibətlər demokratik dəyərlərlə öyünən digər ölkələrlə müqayisədə belə daha üstündür. Tolerantlıq Azərbaycan cəmiyyətində yüksək səviyyədədir.
Düşünürəm ki, bəzi məqamlarda tolerantlıqdan istifadə edərək, sosial şəbəkələrdə bilərəkdən və ya bilməyərəkdən Azərbaycan əleyhinə təbliğat aparırlar. Ölkəmizdə bəzi qüvvələrin təriqətlər arasında təfriqə salmaq istədiyi aydın görünür.
Azərbaycanda sevindirici hal odur ki, İslamda təbliğ edilən tolerantlığın, dözümlülüyün himayəçisi dövlət özüdür. Dini cameə aid olan hər kəs indiki həssas məqamda dövlətin yanında olmağa imanı ilə borcludur”.
Qeyd edək ki, sosial mediada yayılan müxtəlif status, rəy və videomüraciətlərdə Azərbaycanda dini və milli azadlıqların, insan haqlarının pozulduğu, dindarların sıxışdırıldığı, guya hakimiyyətin Dağlıq Qarabağı qaytarmaq istəmədiyi və sadəcə vaxt uzatdığı və s. bu kimi iddialar irəli sürülür.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya