Ölkəmizdə hələ “donuz qripi” tapılmayıb
20:17 28.01.2016
Arxiv
899
Metroda və dəmiryolu qatarlarında dezinfeksiya işləri aparılacaq
Bütün dünyada sürətlə yayılan və Azərbaycan sərhədlərinə kimi də gəlib çatan "donuz qripi” istər-istəməz insanlarda təşviş yaradır. Türkiyə, İran, Rusiya, Dağıstan və Gürcüstanda bu qripə yoluxan insanlar barədə məlumatlar açıqlanır. Azərbaycandan insanların bu ölkələrdə səfər etdiklərini nəzərə alanda, onların qripə yoluxma ehtimalları da artır.
"Donuz qripi”nin Azərbaycanın bir addımlığına yaxınlaşdığı bir zamanda ölkəmizdə bu virusa yoluxanların olmaması şübhələr və suallar yaradır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova isə açıqlamasında insanların bu cür fikirləşməsi üçün heç bir əsas olmadığını deyib: "Əgər kimsə bu xəstəliyə yoluxubsa, niyə gizlətsin və ya niyə gizlədilsin. Əgər belə hal olarsa, bunu hamı biləcək. Şükür Allaha ki, bu günə qədər ölkəmizdə belə fakt olmayıb. Bununla bağlı artıq məktəblərdə, bağçalarda,
dəmiryollarında, metrolarda dezinfeksiya işlərinə başlanılıb. Ciddi nəzarət altında güclü tədbirlər görülür”.
Taun Əleyhinə Stansiyanın Xüsusi Təhlükəli Yoluxucu Xəstəliklərin Epidemiologiya şöbəsinin müdiri Rita İsmayılova bildirib ki, əvvəlki günlərlə müqayisədə onlara "donuz qripi” şübhəsi ilə daxil olan müraciətlərin sayı azalıb: "Bizə nümunələr daxil olur, həmin nümunələr kəskin respirator virus simptomlu xəstələrdən götürülüb. Amma onların həcmi artıq azalıb. Hələlik "donuz qripi”nə yoluxanlar yoxdur, nəticələr mənfidir. Yenə də qabaqlayıcı tədbirlərimiz davam edir, məktəblərdə və bağçalarda dezinfeksiya işləri aparılır. Bu işlər ciddi nəzarət altındadır”.
Səhiyyə Nazirliyinin sanitar-epidemioloji xidmət sektorunun müdiri Viktor Qasımov isə hər hansı təhlükənin qarşısını almaq üçün dezinfeksiya işlərinin aparılması ilə əlaqədar Bakı Metropoliteni və "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə müraciət etdiklərini vurğulayıb. Onun sözlərinə görə, dezinfeksiya işləri "donuz qripi” təhlükəsi ilə əlaqədar aparılacaq: "Biz qabaqlayıcı tədbirlər görürük. Gözləməməliyik ki, xəstəlik baş versin. Artıq həmin qurumlara müraciət etmişik. Onlar da bu məsələyə baxır. Çox güman ki, dezinfeksiya tədbirləri görüləcək”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi