Ölmüş nişanlısıyla evləndi

Gənc cütlüyün birlikdə qocalmaq planları xəyal oldu
Taylandda ağıla sığmayan hadisə yaşanıb. Gənc  qadın bir neçə il sonra evlənməyi planlaşdırdığı nişanlısı vəfat edincə cəsədiylə nikaha girdi.
Nan Thippharat adlı gənc qadın nişanlısının dəfn mərasimini eyni zamanda nikah mərasiminə çevirdi. Bir neçə ay sonra evlənmək istəyən gənc cütlüyün birlikdə qocalmaq planları təəssüf ki, xəyal oldu. Heç bir ciddi xəstəliyi olmayan gənc adam keçirdiyi infarkt nəticəsində ani şəkildə həyatını itirib.  Nan Thippharat isə vəfat etsə də nişanlısıyla evlənməyə qərar verdi. Gənc qadın dəfn mərasimində gəlinliyini geyindi, nişanlısının əlini tutdu.