Ölümündən saniyələr əvvəl: Ərinin səsini eşidincə dirildi

Nadir rast gəlinən bir sinir xəstəliyi olan və şüurun itməsinə səbəb olan Guillain-Barre sindromu xəstəsi Jenny Bone, ərinin həkimlərlə müzakirəsini eşidincə həyata geri döndü.
Həkimlər artıq heç ümid olmadığı səbəbiylə süni tənəfüs aparatına qoşulmaq təklifinə qarşı çıxan Jennyin əri həyat yoldaşını həyata çevirən sözləri söyləmiş oldu. Bu müzakirəni eşidən 40 yaşındakı ingilis qadın Jenny birdən həyat siqnalları verməyə başladı və bəlkə də ölümündən saniyələr əvvəl həyata geri döndü.
Jenny "Ətrafımdakı danışmaları eşidə bilirdim. Ancaq reaksiya verə bilmirdim. Həkimlərin süni tənəfüs aparatına qoşulmaq təklifinə həyat yoldaşım qarşı çıxınca həyata dönməyi bacardım" dedi.
Xəstəliyinin üzərindən 1 il keçmiş olan Jenny Bones, işinə geri dönməyi bacardı və normal həyatını davam etdirir.