Onlayn media ilə bağlı yeni qanun layihəsinin hazırlanması təklif edilir




Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov parlamentin bu gün keçirilən plenar iclasında iki təklif irəli sürüb.

"Sherg.az"ın məlumatına görə, Ə.Amaşov "Mətbuat Şurası haqqında" və "Onlayn media haqqında” qanun layihələrinin hazırlanmasına ehtiyac olduğunu bildirib.

O qeyd edib ki, bu təkliflər bir neçə dəfə səsləndirilib: "Təkliflərin nəzərə alınması müsbət addım olardı".

Deputat Fazil Mustafa da onlayn media ilə bağlı yeni qanun layihəsinin hazırlanmasını təklif edib. Deputat bunu indiki mövcud situasiya ilə əlaqələndirib:

"Hesab edirəm ki, buna indiki dövrdə ehtiyac var və qanun layihəsinin hazırlanması sürətləndirilməlidir”.