"Onsuz da gec-tez dollar ucuzlaşacaq"




"Manatın gələcəkdə bahalaşması və ya ucuzlaşması ilə bağlı mübahisə doğuran məqamlar var”.

Bunu Sherg.az-a iqtisadçı-ekspert Fuad İbrahimov deyib. 

O bildirib ki, hazırda manatın öz səviyyəsində olmadığını nəzərə almaq lazımdır:

"Yəni Mərkəzi Bankın təsiredici alətləri vasitəsilə bu məzənnədə formalaşdırılıb. Manatın ucuzlaşması hər dəqiqə baş tuta bilər. Çünki manat real məzənnəsində deyil. İqtisadiyyat elminin məzənnəni formalaşdıran qayda-qanunlarını əsas götürəndə belə nəticəyə gəlmək mümkündür”.

Bankların dollar satmamasına gəldikdə isə ekspert bildirib ki, müəyyən banklarda dollar satışı var:

"Mən özüm ilk müraciət etdiyim "Amrahbank"dan lazım olan miqdarda dollar əldə edə bildim. Hazırda digər bankların və ya onların şöbələrinin dollar satmamasını gələcəkdə dolların qalxması ilə əlaqələndirmək düzgün deyil. Onsuz da gec-tez dollar ucuzlaşacaq. Amma ola bilsin əllərində manat kütləsi var və hər hansı müştərinin sifarişini yerinə yetirmək üçün yığırlar. Müştəri və ya sahibkar banka müraciət edib ki, mənə müəyyən qədər valyuta yığılmalıdır, bu zaman müştərinin sifarişini yerinə yetirmək məqsədilə satışı dayandırmış ola bilərlər. Düşünürəm ki, bir bankda dollar satışı varsa, digərində yoxdursa, bunu kütləvi şəkildə bir məsələ ilə əlaqələndirmək olmaz”.