Oqtay Əsədov və Leyla Əliyeva II Avropa Oyunlarının açılışında iştirak ediblər
10:59 22.06.2019
Arxiv
752
İyunun 21-də Belarusun paytaxtı Minskdə ikinci Avropa Oyunlarının açılış mərasimi keçirilib.
APA -nın Milli Məclisin saytına istinadən verdiyi xəbərəgörə, "Dinamo Arena”da keçirilən açılış mərasimini bir sıra ölkələrin dövlət və hökumət başçıları ilə yanaşı, Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov, Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə izləyiblər.
İyunun 30-dək davam edəcək qitə olimpiadasında 50 ölkəni təmsil edən 4 mindən çox atlet idmanın 15 növü üzrə 200 dəst medal uğrunda mübarizə aparacaq.
Xatırladaq ki, Avropa Oyunları 2015-ci ildə Bakıda təşkil olunub. Qitənin 50 ölkəsindən 6 mindən çox atletin qatıldığı bu möhtəşəm bayramda ədalətli idman mübarizəsi nəticəsində ən güclülər qalib gəliblər.
İkinci Avropa Oyunlarının birinci günündə ölkəmizin kişi boksçuları rinqə çıxıblar.
Milli Məclisin Sədri Oqtay Əsədov, Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov və nümayəndə heyətimizin üzvləri idmançılarımızın qarşılaşmasına baxıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət