Ordumuz düşmənin daha bir pilotsuz uçan aparatını məhv etdi

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb



Ermənistan Silahlı Qüvvələrinin daha bir pilotsuz uçan aparatı məhv edilib.
 Müdafiə Nazirliyinin saytının məlumatına görə, cəbhənin Füzuli rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd DJI Inspire1 (Quadcopter) tipli pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Silahlı Qüvvələrimiz düşmənin iki pilotsuz təyyarəsini məhv etmişdi.