“Ortaq Türk Tarixi" hazırdır
08:47 07.09.2018
Arxiv
2964
Dərs vəsaiti Azərbaycan, Türkiyə və Qazaxıstan məktəblərində tədris olunacaq
Ötən gün Beynəlxalq Türk Akademiyasının daimi katibi Asxat Keşikbayev bu ildən etibarən Azərbaycan, Türkiyə və Qazaxıstanın orta məktəblərində "Ortaq Türk Tarixi" fənninin seçmə dərs kimi tədris ediləcəyini açıqlayıb. Bundan sonra Təhsil Nazirliyi orta məktəblərdə "Ortaq Türk Tarixi" fənninin tədrisi ilə bağlı məsələlərə aydınlıq gətirib.
Nazirlikdən bildirilib ki, Beynəlxalq Türk Akademiyası türkdilli ölkələrdən, o cümlədən Azərbaycandan mütəxəssislər cəlb etməklə "Ortaq Türk Tarixi - XV əsrə qədər olan dövr" adlı vəsait artıq hazırdır. Həmin vəsaitin türkdilli ölkələrdə tətbiq edilməsi üçün onun məzmunu əvvəlcə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası tərəfindən təsdiqlənməlidir. Məzmun təsdiq edildiyi təqdirdə vəsaitin ölkəmizin dövlət ümumtəhsil məktəblərində fakültativ məşğələ dərslərinin hesabına tədrisi nəzərdə tutula bilər. Nazirlikdən əlavə edilib ki, vəsaitin məzmunu təsdiqlənəcəyi təqdirdə dövlət ümumtəhsil müəssisələrində təhsil alan bütün şagirdlər bu dərsliklə dövlət hesabına təmin olunacaqlar.
Təşəbbüslə bağlı "Şərq"ə danışan tarixçi-alim Boran Əziz "Ortaq Türk Tarixi" fənninin tədris olunmasının çox müsbət addım olacağını deyib. Onun fikrincə, kökü bir olan xalqların qədim tarixinin öyrənilməsi, onlar arasındakı qəsdən unutdurulan əlaqələrin bərpası, yaddaşlarda canlandırılması çox doğru addımdır:
"Xüsusən, indiki qloballaşma dövründə, beynəlxalq güclərin türk xalqları arasında ayrıseçkilik saldığı bir zamanda belə bir ideyanın ərsəyə gəlməsi doğru yanaşmadır. Çox arzu edərdim ki, təkcə ortaq türk tarixinin deyil, eyni zamanda ortaq türk əlifbasının və dilinin də yaradılması uğrunda çalışmalar sürətləndirilsin.
Keçən əsrin 20-ci illərinin əvvəllərində Rusiya müsəlmanlarının qurultaylarında, "İttifaqi-müslimin" partiyasının proqram sənədində, o cümlədən 1917-ci ildə Bakıda, may ayında Moskvada ümumrusiya müsəlmanlarının qurultaylarında bu məsələlər geniş müzakirə olunub və təkliflər irəli sürülüb. Hesab edirəm ki, ortaq türk tarixinin yaradılması ümumi məqsəd uğrunda mübarizəyə təkan verəcək. Bunu ancaq alqışlamaq lazımdır".
Tarixçi "Ortaq Türk Tarixi" adlı dərsliyin XV əsrə qədər dövrü əhatə etməsini bu cür şərh edib: "Sözün açığı, "XV əsr" məsələsinə cavab verməkdə çətinlik çəkirəm. Əlbəttə, bu dövrə qədər türk xalqlarının ortaq tarixinin öyrənilməsinin özü müsbət haldır.
Amma XV əsrə qədər nəyin əsas götürüldüyünü, hadisələrin necə əks olunduğunu bilmirəm. Yeni işlərdə müəyyən nöqsanların olması qaçılmazdır. Lakin bir şeydən əminik ki, bu istiqamətdə görülən işlər bütün türk xalqlarının ümumi faydasınadır. Çox güman ki, bu, ilkin mərhələ üçün nəzərdə tutulub. Ümid edirik, sonrakı mərhələdə XVI-XXI yüzillikləri əhatə edən dövr də dərslik halına salınacaq və orta təhsil müəssisələrində tədris olunacaq".
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət