Oruc tutan gənc qız 7-çi mərtəbədən yıxıldı, sağ qaldı




Bu xilası möcüzə saymaq olar. Antaliyada oruc tutan 19 yaşlı qızın taleyini özü həll edib.
Konyaaltı qəsəbəsində, 7-çi mərtəbənin balkonundan, oruclu olduğuna görə özünü pis hiss edən 19 yaşlı Aybüke Metin hava almaq üçün balkona çıxır. 8 mərtəbəli binanın 7-çi mərtəbəsində ailəsiylə qalan Aybüke Metin, balkondan baxçaya baxdığı zaman halı pisləşib. Oruc tutduğundan başı dönən Aybüke Metin, tarazlığını itirərək balkondan yıxılır. Lakin bu zaman 6-çı mərtəbənin balkon dəmirlərindən yapışan Metin, qışqıraraq kömək istəyib. Gücü tükənən qız xoşbəxtlikdən oradan da 5-çi mərtəbənin balkonuna atlana bilib.
 Hadisədə yalnız bir əl barmağı qırılan Metin, xəstəxanada  müalicəsinin ardından nəzarət altına alıdıb.