Özbəkistanda rəhbərə mədhiyyə qoşmaq qadağan olundu
11:36 09.06.2017
Arxiv
389
Özbəkistanda rəhbərə mədhiyyələr oxumağın dərin tarixi var. Amma rəsmi Daşkənd indi bu qədim ənənə ilə birdəfəlik vidalaşmaq istəyir. Əgər bu baş tutarsa, Özbəkistan bütün Mərkəzi Asiyada istisna olacaq. "Azadlıq" radiosunun özbək xidmətinin məlumatına görə hakimiyyət orqanları elan ediblər ki, rəsmiləri mədh edən mahnıları oxuyan və onları yazanlara qarşı ağır cərimələr tətbiq olunacaq , hətta lisenziyaları əllərindən alınacaq.
Milli.Az virtualaz-a istinadən xəbər verir ki, bu barədə bəyanat Özbəkistanın əyləncə sənayesinə rəhbərlik edən "Özbəkkonsert" trestinin iyunun əvvəllərində keçirilmiş iclasında verilib. Təşkilatın rəhbəri Azamat Haydarov internetlə yayılan müraciətində deyib: "Ayrı-ayrı fərdlərə, dövlət başçılarının fəaliyyətinə kliplər qoşmaq etikasızlıqdır".
Bu bəyanatdan az əvvəl bir özbək müğənni qadın yeni prezident Şavkat Mirziyoyevə həsr olunmuş mahnını oxuyandan sonra tənqid olunmuşdu. 49 yaşlı müğənni və aktrisa Dilfuza İsmoilovanın musiqi videosunda belə sözlər səslənirdi: "Qoy bu torpağın sultanı şərəflənsin". Mahnı Youtube-da mayın 21-də yerləşdirilmişdi, lakin sonradan onu siliblər. Mahnının sözlərində Mirziyoyev "gözəl sultan", "Allahın yerdəki kölgəsi" və "sevilən məxluq" adlandırılır. Videoda prezident Kərimovun vaxtında 13 il baş nazir olmuş Mirziyoyevin özü də görünür.
Lakin müğənni deyib ki, mahnı onun vicdanı ilə ürəyindən gəlib. Buna baxmayaraq mahnı Özbəkistanda sosial media istifadəçilərinin kəskin tənqidi ilə üzləşmişdi. Bir çoxları narahat idilər ki, onların da ölkəsi qonşu Türkmənistanın gününə düşər. Bu yaxınlarda Türkmənistan televiziyasında prezident Berdımuxammedovun anasını mədh edən mahnı səslənib. Qadını "dünyaya belə bir insanı gətirdiyinə görə" mədh edirdilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Maskerano "İnter Mayami"nin baş məşqçisi vəzifəsindən gedib
01:10 15.04.2026
Futbol
Akademik Zərifə Əliyevanın anım günüdür
00:02 15.04.2026
Gündəm
Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB
23:20 14.04.2026
Gündəm
Bulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR
22:25 14.04.2026
Cəmiyyət
“Kefsizsənsə işə gəlmə" izni - BİR İLK
22:02 14.04.2026
Cəmiyyət
Bakının bir sıra yollarında sürət həddi endirildi
22:00 14.04.2026
Cəmiyyət
Zelenski Aİ liderləri ilə müharibəni müzakirə edəcək
21:47 14.04.2026
Dünya
Tramp: 2 gün ərzində nəsə baş verə bilər
21:26 14.04.2026
Gündəm
Oğulları ilə problem istirahətə mane olmur
21:05 14.04.2026
Şou
Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
20:23 14.04.2026
Sosial
Tramp Orbanın məğlubiyyətindən məyus olub
19:37 14.04.2026
Dünya
Türkiyənin ən uğursuz olduğu sahə təhsildir - Murat Anar
19:28 14.04.2026
Elm və Təhsil
ABŞ-İran danışıqların növbəti raundunun keçiriləcəyi yer bəlli oldu
19:20 14.04.2026
Dünya
Tramp: Roma Papası başa düşmür ki, İranda 42 min etirazçı öldürülüb
19:19 14.04.2026
Dünya