“Özəl mühafizə xidmətinin işi hücum yox, müdafiə xarakterlidir”
10:49 10.06.2017
Arxiv
657
"Riyad” Mühafizə Xidmətinin 20-yə yaxın əməkdaşı Binəqədi rayonu, Mir Cəlal küç 1 d ünvanında yerləşən "Safastore” mağazasına hücum edib. İdmançı cüssəli, qara köynəkli mühafizəçilərin mağazanın keçmiş sahibi, iş adamı Xanməmmədov Azadxan Allahqulu oğlunun iştirakı və tapşırığı ilə hücum etdiyi iddia olunur.
Xəbərə görə, onlar ictimai asayişi kəskin şəkildə pozaraq supermarket əməkdaşlarına ciddi xəsarət yetirib, hücum nəticəsində onlarla insan yaralanıb. Qarşıdurma zamanı Binəqədi rayon Polis İdarəsinin, 7-ci polis bölməsinin əməkdaşlarına da xəsarət yetirilib. Mağazadan verilən xəbərdə bildirilir ki, ilyarım əvvəl A.Xanməmmədov mağazanı 1.5 milyon manata yeni sahibinə satıb. Amma bu günə qədər sənədləri rəsmiləşdirməyib. Əvvəlki sahib isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edir. Halbuki həmin supermarketin yeni və köhnə sahibləri arasındakı mübahisədə kimin haqlı olduğu müəyyən olmasa da, "Riyad” MMC-nin mühafizəçilərinin obyektə basqın edib işçilərə kütləvi xəsarət yetirməsi açıq-aşkar qanun pozuntusudur.
Qeyd edək ki, özəl mühafizə şirkətlərinin fəaliyyəti cəmiyyətdə həmişə narahatlıq doğurub. Öz geyimlərini polis geyiminə oxşadan mühafizə xidmətinin əməkdaşları elə özlərini əlahiddə səlahiyyət sahibi zənn edib, polis kimi aparırlar. Halbuki özəl mühafizə şirkətlərinin fəaliyyəti qanunla tənzimlənir və belə şirkətlərin mühafizəçiləri heç bir halda mülki mübahisələrin çözülməsində iştirak edə bilməzlər. Onlar ancaq mühafizə etdikləri obyektin ərazisinə icazəsiz daxil olub-olmayanlara nəzarət edə, bir sözlə, mühafizə elədikləri əraziyə cavabdeh ola bilərlər. Özəl mühafizə şirkətlərinin işçilərinə vətəndaşlara zor tətbiq etmək səlahiyyətini isə heç bir qanun verməyib. Belə səlahiyyət ancaq polisdə və hüquq-mühafizə orqanlarının əməkdaşlarındadır ki, qanuna tabe olmayanlara qarşı ən zəruri hallarda tətbiq edilə bilər.
Özəl mühafizə şirkətinin adından da göründüyü kimi özəl əsaslarla fəaliyyət göstərdiyini vurğulayan İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist-ekspert İlqar Altayın sözlərinə görə, dövlət tərəfindən onlara heç bir səlahiyyət verilməyib:
"Digər bir tərəfdən özəl mühafizə xidmətinin işi hücum yox, müdafiə xarakterlidir. Hansısa xüsusi şirkət, qurum, mülkiyyət və ya şəxsin mühafizəsində dayanaraq ona cangüdənlik edir. Müdafiə zamanı da polislər kimi odlu soyuq silahdan yox, silah əvəzi xüsusi alətdən dubinka kimi istifadə edə bilər. Bu baxımdan özəl mühafizə şirkətinin hansısa obyektə hücum etməsi, hətta polisə qarşı müqavimət göstərməsi qanunsuz əməldir. Heç hüquq-mühafizə və DTX kimi dövlət orqanları əlində prokurorluğun və ya məhkəmənin rəsmi sanksiyası olmadan bunu etmirlər”.
Özəl mühafizə xidmətinin zor tətbiq edərək mağazanı dağıtması və işçilərə xəsarət yetirməsinin özbaşınalıq olduğunu vurğulayan kriminalistin sözlərinə görə, bu kimi halların cəzasız qalması dövlətin güc strukturu orqanlarından kənar istənilən qurumun, dəstənin, hətta şəxsin belə bu cür ictimai təhlükəli pozuntu törətməsinə rəvac verə bilər. Bu da öz növbəsində ölkədə ictimai sabitliyin istənilən an kütləvi şəkildə pozulmasına gətirib çıxara bilər. Mənim fikrimcə, belə başıpozuqluq və özbaşınalıqla dövlət idarəçiliyi bir araya sığmaz.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xanımına tərəf müqabili ilə xəyanət etdiyi iddia olundu
02:12 15.04.2026
Şou
Tramp: İranla danışıqlar Avropada keçirilə bilər
01:50 15.04.2026
Gündəm
"Barselona" və "Liverpul" ÇL ilə vidalaşdı
01:31 15.04.2026
Futbol
Maskerano "İnter Mayami"nin baş məşqçisi vəzifəsindən gedib
01:10 15.04.2026
Futbol
Akademik Zərifə Əliyevanın anım günüdür
00:02 15.04.2026
Gündəm
Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB
23:20 14.04.2026
Gündəm
Bulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR
22:25 14.04.2026
Cəmiyyət
“Kefsizsənsə işə gəlmə" izni - BİR İLK
22:02 14.04.2026
Cəmiyyət
Bakının bir sıra yollarında sürət həddi endirildi
22:00 14.04.2026
Cəmiyyət
Zelenski Aİ liderləri ilə müharibəni müzakirə edəcək
21:47 14.04.2026
Dünya
Tramp: 2 gün ərzində nəsə baş verə bilər
21:26 14.04.2026
Gündəm
Oğulları ilə problem istirahətə mane olmur
21:05 14.04.2026
Şou
Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
20:23 14.04.2026
Sosial
Tramp Orbanın məğlubiyyətindən məyus olub
19:37 14.04.2026
Dünya