“Hansısa məhsulun və ya dərman preparatlarının televiziyalar vasitəsilə reklamına qadağa qoyulursa, bəs sahibkar öz məhsulunun təbliğatını necə qursun?”
Özəl televiziyalar çökəcək?
21:28 21.10.2016
Arxiv
630
Telekanallarda dərmanların reklamına məhdudiyyət qoymaq doğru deyil
“Hansısa məhsulun və ya dərman preparatlarının televiziyalar vasitəsilə reklamına qadağa qoyulursa, bəs sahibkar öz məhsulunun təbliğatını necə qursun?”
“Hansısa məhsulun və ya dərman preparatlarının televiziyalar vasitəsilə reklamına qadağa qoyulursa, bəs sahibkar öz məhsulunun təbliğatını necə qursun?”
Nazirlər Kabineti "Reklamı qadağan olunan əmtəələrin Siyahısı”nı təsdiq edib. Siyahıda 15 növ əmtəə yer alıb. Sözügedən siyahıda diqqəti daha çox çəkən isə tibb sahəsinə aid olan vasitələr, müalicələrdir. Çünki telekanallarda demək olar ki, reklamların böyük faizini özəl tibb müəssisələrindəki xidmətlər, arıqlama vasitələri, yeni dərmanlara aid olanlar təşkil edir.
Tibb elmləri doktoru, professor Adil Qeybulla açıqlamasında bu qərarı alqışladığını və ümumən dərman maddələrinin reklamının qadağan olduğunu deyib: "Televiziyada arıqladıcı, pəhriz vasitələrinin reklamı yolverilməzdir. Dərmanı xəstəyə həkim təyin edir. Həkim o dərman haqda onu istehsal edən, satışını təşkil edən firma nümayəndələrindən məlumat alır. Onlar da dərman haqda bütün məlumatları həkimə gətirir. Dərman reklam əsasında satıla bilməz. Bu cür reklamlara alışmışıq. Amma elə dərmanlar, antibiotiklər var ki, onları xəstəyə elə-belə təyin etmək olmaz. İnsanlar reklamlardan bunu görüb, apteklərə gedir və əldə edirlər”.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru, tanınmış teleaparıcı Qulu Məhərrəmli isə Azərbaycanda reklam bazarının sərbəst və zəngin olmadığı qənaətindədir. Onun sözlərinə görə, son illər bazarda olan əmtəə reklamlarının getdikcə məhdudlaşdırılması tendensiyası gedir: "Təbii ki, bu, büdcədən maliyyələşən televiziyalar üçün heç bir problem yaratmır, çünki dövlət onlara maliyyə yardımı edir. Amma sözügedən məhdudlaşdırmalar özəl televiziyalar üçün müəyyən problemlər yaradır”. Professorun sözlərinə görə, hüquqi əsaslandırması olmadan dərman preparatlarının reklamını məhdudlaşdırmaq doğru deyil: "Yeni çıxan dərman preparatlarının reklamı bütün dünya televiziyalarında var. Əgər firma sahibi
Səhiyyə Təşkilatlarından lisenziya alıb və həmin dərmanların insan sağlamlığı üçün təhlükəsiz olduğu təsdiqlənibsə, eyni zamanda həmin dərman insanlar üçün faydalıdırsa, onların telekanallar vasitəsilə reklam olunmasında heç bir qəbahət yoxdur. Sosial dövlətlər üçün bu, normaldır. Bu gün ölkədə özəl klinikalar artdıqca rəqabət mühiti formalaşır və bu rəqabət məcbur edir ki, bu klinikalar müştəri uğrunda mübarizə aparsın. Bazarın qanunu budur, başqa yolumuz yoxdur, amma reklamda, yaxud da elanlarda verilən çağırışlar mütləq əxlaqa uyğun və dəqiq olmalıdır”. Q.Məhərrəmli hesab edir ki, siyahıda adı yer alan əmtəələrin reklamına qadağa qoyulması subyektiv meyillərlə bağlıdır: "Azərbaycanda dərman bazarı monopoliyadadır. Özəl klinikalarla bağlı da müəyyən söz-söhbətlər var. Hansısa məhsulun və ya dərman preparatlarının televiziyalar vasitəsilə reklamına qadağa qoyulursa, bəs sahibkar öz məhsulunun təbliğatını necə qursun? Ölkəmizin azad bazar şəraitində olduğunu deyirik, sonra da müəyyən məhdudiyyətlər qoyuruq. Mənim fikrimcə, dərman preparatlarının reklamına məhdudiyyət qoymaq məqsədəuyğun deyil. Çünki bizim cəmiyyətin maariflənməyə ehtiyacı var. Həm hüquqi, həm də səhiyyə və özünəxidmətlə bağlı. İndiki halda isə bu cür əmtəələrin reklamına qoyulan qadağa həm tamaşaçı auditoriyası, həm də özəl televiziyaların büdcəsi üçün müəyyən problemlər yaradacaq”. Zərərli əmtəələrin, dərman preparatlarının reklamına qarşı olduğunu vurğulayan professor hesab edir ki, faydalı və cəmiyyəti maarifləndirməyə xidmət edən dərmanların reklamına məhdudiyyət qoymaq düzgün yanaşma deyil.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət