Özünü sahilə vuran canlıları yadplanetli sandılar






ABŞ-ın Kaliforniya ştatında səhər saatlarında özünü sahilə vuran canlılar təşvişə səbəb oldu.
Huntington sahili yaxınlığında olanlar şok edən bir görüntü ilə qarşılaşdılar. Bəzi insanlar sahilə vuran canlıların 'yadplanetli', ya da 'yadplanetli yumurtaları' olduğunu iddia etdilər. Mövzu Facebookda müzakirələr açdı.

ŞƏRH GƏLDİ

Hadisənin ictimaiyyətdə əks-səda yartmasından sonra Kaliforniya Universitetində Professor Matt Bracken təxminlərini paylaşdı. Bracken, bu canlıların 'pelagic tunicates' (Planktonik tunikap) olaraq bilinən dəniz canlıları ola biləcəyini və El Nino qasırğası ilə sahilə çıxdığı ehtimal etdi.