Pakistanın baş naziri Azərbaycana gəlib - YENİLƏNİB




 Pakistanın baş naziri Nəvaz Şərifin Azərbaycana səfəri başlayıb.
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilən səfər 3 gün davam edəcək.
***
saat 10.48
Bakı. Məlahət Nəcəfova - APA. Bu gün Pakistanın baş naziri Nəvaz Şərifin Azərbaycana səfəri başlayır.
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilən səfər 3 gün davam edəcək.
N. Şərifi yüksək səviyyəli nümayəndə heyəti müşayiət edir. Səfərdə məqsəd ikitərəfli münasibətləri dərinləşdirməkdir. N. Şərif Azərbaycan prezidenti ilham Əliyev, baş nazir Artur Rasizadə və digər rəsmi şəxslərlə görüşəcək.