"Hər bir parad ölkənin hərbi qüdrətini nümayiş etdirmək məqsədi daşıyır. Bu, qonşu ölkələrə, düşmənlərə, dünyaya gücünün göstərilməsi üçün vacibdir.
"Paraddan sonra ordumuzun cəbhədə uğurlu addımlar atacağını gözləyirik”
15:51 20.06.2018
Arxiv
1021
"Silahlı qüvvələrin hərbi paradları dünyada qəbul olunmuş formatda keçirilir”.
Bu barədə "Sherg.az”a Azərbaycan ordusunun 100 illik yubileyi ilə bağlı keçiriləcək hərbi paraddan danışarkən hərbi- siyasi icmalçı Ramil Məmmədli məlumat verib.
O bildirib ki, piyada bölmələrinin, zirehli texnikanın, aviasiya vasitələrinin və şəraitə uyğun olaraq hərbi dəniz qüvvələrinin nümayişi təşkil ediləcək:
"Hər bir parad ölkənin hərbi qüdrətini nümayiş etdirmək məqsədi daşıyır. Bu, qonşu ölkələrə, düşmənlərə, dünyaya gücünün göstərilməsi üçün vacibdir.100 illiklə bağlı parada hazırlıq ilin əvvəlindən başlayıb. Ərazi olaraq, Azadlıq meydanının seçilməsi isə daha bir üstünlükdür. Artıq Bakı səmasında hərbi hava qüvvələrinin məşqlərinin şahidi oluruq.
Paradın xüsusi məqamlarından biri odur ki, Azərbaycan silahlı qüvvələri istifadəsində olan yeni silahlarını, döyüş ləvazimatlarını təqdim edəcək. Ordu birləşmələri bu yaxınlarda arsenalına daxil etdiyi "Lora” və "Polonez” raket komplekslərini nümayiş etdirəcək. Bu, Azərbaycan cəmiyyəti üçün də maraqlıdır. Bundan əlavə, yeni pilotsuz uçuş aparatlarının (PUA), "Zərbə” PUA-larını nümayiş etdiriləcək. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin bazasında yaradılan yeni hərbi vasitələrin nümayişi də xüsusi əhəmiyyət kəsb edir.
Hesab edirəm ki, iyunun 26-da keçiriləcək hərbi paradda ərazilərimizi işğal edən Ermənistana önəmli mesajlar veriləcək. Artıq bundan sonra cəbhə xəttində də güclü ordumuzun uğurlu addımlar atacağını gözləyirik”.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi ilə bağlı iyunun 26-da Azadlıq meydanında keçiləcək hərbi parada hazırlıq işləri sürətlənib. İyunun 18-i, səhər saatlarından meydanın ətrafında yerləşən yollar və küçələrdə avtomobillərin və ictimai nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Ərazidə Azərbaycan ordusunun paradda iştirak edəcək canlı qüvvəsi və hərbi texnikasınının yerləşdirilməsi üçün rəngləmə və xətləmə işləri aparılıb. Parad və iştirakçılar barədə plakatlar asılıb. Meydanda məşqlərin isə iyunun 24-dən başlayacağı bildirilir. O zamanadək hərbi texnikanın əraziyə gətiriləcəyi gözlənilir. Azərbaycan ordusunun Hərbi Hava Qüvvələri artıq məşqlərə start verib. Mətbuatda və sosial şəbəkələrdə yayılan görüntülərdə helikopter və təyyarələr Bakı buxtası üzərində uçuşlar həyata keçirdiyi görünür. Döyüş təyyarə və helikopterlərinin bayram tədbirində nümunəvi çıxışlar edəcəyi gözlənilir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
20:58 10.09.2026
Hadisə
Ukrayna Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır
20:16 10.09.2026
Dünya
Nyu-Yorkda Əkiz Qüllələr 2977 işıq saçan dronla eskizləndirilib
19:50 10.09.2026
Gündəm
Binəqədidə bu yol bağlanır
19:30 10.09.2026
Cəmiyyət
"Botafoqo" Hakim Ziyeşi transfer edib
19:22 10.09.2026
Futbol
SALATIN ƏHMƏDLI: KLASSİKLƏŞMƏNİN TİPİKLİK MODELİ
19:14 10.09.2026
Ədəbiyyat
Livan və Kipr prezidentləri ilə görüşmək istəyirəm - Hersoq
18:54 10.09.2026
Aktual
Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
18:47 10.09.2026
Dünya
Şəmkirdə istixanada yanğın olub
18:40 10.09.2026
Hadisə
"Qalatasaray"ın sabiq ulduzu Braziliya klubuna keçdi
18:25 10.09.2026
Futbol
Fransanın regiondakı maraqları daha da təhlükə altına düşür - ŞƏRH
18:20 10.09.2026
Aktual
Ərdoğan Trampın xüsusi nümayəndəsi ilə gizli görüş keçirib
18:18 10.09.2026
Gündəm
Ukrayna gəmilərini məhv edəcəyik - Peskov
17:59 10.09.2026
Dünya
NATO Rusiyanın təxribat planının qarşısını alıb
17:42 10.09.2026
Dünya