“Paramparça” gerçək oldu

“Uşağım sarışın olunca şübhələnmişdim”




"Paramparça” serialı gerçək oldu! Xəstəxanada qarışan körpələrin hekayəsini Adıyamanlı ata danışdı: Uşağım sarışın oldu və şübhələndim. Xəstəxana sahibinin "100 min lirə verək mövzu bağlansın” təklifini etdiyini ifadə edən ata Dəmirlər, "cəzalarını çəkəcəklər” dedi.

Hadisə Selma K.ın həyat yoldaşına boşanma iddiası açması və Yusuf K.ın "Uşağa DNT testi edilsin” deməsiylə ortaya çıxdı. Hesabatda nəticə mənfi idi. Eymen ilə adıyamanlı bir ailənin körpəsi xəstəxanada qarışmışdı. Xəstəxanaya 3 milyonluq iddia açan Səlahəddin Dəmirlər yaşadıqlarını belə izah etdi: Körpə 4,5 kilo olduğu üçün keysəriyyə ilə doğum reallaşdı, otağa 3 kiloqram çəkisində sarışın bir körpə gətirildi. Həyat yoldaşımdan şübhələndim, ayrılığın kəndarına gəldik, Adıyamana geri döndüm. Bu zaman xəstəxananın sahibi məni axtardı. DNT testiylə həyatımız qaraldı. Eymen üçün "atalıq” iddiası açdım, amma Cahangiri də vermək istəmirəm. Ailə boşanma mərhələsindədir. İddia açsalar "Cahangirə baxa bilməzlər deyəcəyəm. Yenidən hamilə olan ana Məryəm Dəmirlərin hadisəni eşidincə şoka girdiyini söyləyən Səlahəddin Dəmirlər "həyat yoldaşım ilk göz bəbəyimi vermərəm deyir. Digər ailədə yaşayan Eymen, 3 il ana dediyi Selma Qılınc ilə Adıyamana gəldi. Bizə çox bənzəyir. İlk gördüyü zaman mənə "ata” dedi” deyə danışdı. Xəstəxana sahibinin "100 min lirə verək, mövzu bağlansın” təklifini etdiyini ifadə edən Dəmirlər, cəzalarını çəkəcəklər” deyir.