Parçalanan cəsəd “tualet” çuxuruna atılıb

53 yaşlı Fadime Sayma ilə 26 yaşlı Əhməd Bayrama ömürlük həbs cəzası istənildi
Antaliyada 56 yaşlı İzzət Demirözü öldürdükdən sonra cəsədini parçalayıb, paketlərə qoyub tualetə atdığı iddia edilən 53 yaşlı Fadime Sayma ilə 26 yaşlı Əhməd Bayram haqqında ağırlaşdırılmış ömürlük həbs cəzası istənildi.
Əksi qəsəbəsində məskunlaşan təqaüdçü İzzət Demiröz, keçən iyun ayında həyat yoldaşı Nermin Demirözə, "Kayseriyə gedirəm. Bir neçə gün qalıb, gələcəyəm” yazılı mesaj göndərib. Sonrasında xəbər ala bilməyən Nermin Demiröz, həyat yoldaşının axtarışına başlayıb. Bir müddət sonra İzzət Demirözün avtomobili , keçmişdə əlaqəsi olduğu iddia edilən Fadime Sayma adlı iki uşaq anası olan qadının Altınovadakı evinin yaxınlığında tapılıb. Fadime Saymadan İzzət Demirözü görüb, görmədiklərini soruşan ailə, mənfi cavab aldıqdan sonra vəziyyəti polisə bildiriblər.
1 ildir Əhməd Bayramla əlaqəsi olduğu təsbit edilən Fadime Sayma, texniki təqibə alınıb. Telefon danışıqlarından İzzət Demirözü öldürdükləri təsbit edilən ikili, polisdəki sorğularında cinayətlərini etiraf edib. Evə çağırıb öldürdükləri İzzət Demirözün cəsədini parçalara ayırdıqdan sonra paketlərə doldurub, Əhməd Bayramın atasının Altınova məhəlləsindəki evinin tualet çuxuruna atdıqları və çuxurun qapağını qaynaqla bağladıqları müəyyənləşən 2 şübhəli həbs olundu.
Əhməd Bayram suçlamalara qarşı heç bir sözü olmadığını söyləyib. Fadime Sayma isə İzzət Demirözü öldürmədiklərini iddia edib. Demirözün infarkt keçirib, öz-özünə öldüyünü, cəsəddən xilas olmaq üçün parçalara ayırıb, çuxura atdıqlarını iddia edən Fadime Sayma, İzzət Demirözlə bir əlaqəsi olmadığını da ifadə edib.