Parlamentin yaz sessiyası başladı - Gündəlikdə 38 məsələ var




Milli Məclisin yaz sessiyasının ilk iclası başladı. Sherg.az-ın xəbərinə görə, iclasın gündəliyinə 38 məsələ daxil edilib.

Müzakirə olunacaq məsələlərdən 4-ü Milli Məclislə bağlıdır. Bunlar Milli Məclisin İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında, Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında, 2019-cu il yaz sessiyasının qanunvericilik işləri planı haqqında və Milli Məclis komitələrinin sədr müavinlərinin seçilməsi haqqında qanun layihələridir.

Anar