“Paşinyan hökuməti Təl-Əviv - Bakı əməkdaşlığından çox narahatdır”

"Ermənistan tərəfi uzun müddətdir İsrail dövlətinə təzyiq göstərərək İsrailin Azərbaycana silah satışını dayandırmağa çalışır”.
Bunu "Sherg.az”a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, c deyib.
Analitik bildirib ki, bəzi məqamları diqqətə alan Ermənistan hökuməti İsraillə münasibətləri normallaşdırmağa cəhd göstərir: 
"Erməni rəsmiləri tez-tez İsrailə səfərlər təşkil edirlər və bu ölkənin İrəvanda səfirliyinin açılması məsələsini gündəmə daşıyırlar. Ümumiyyətlə, Paşinyan hökuməti Təl-Əvivin rəsmi Bakı ilə hərbi və iqtisadi əməkdaşlığından çox narahatdır. 
Lakin düşmən tərəf unutmamalıdır ki, bizim İsraillər münasibətlərimiz sadəcə hərbi-iqtisadi müstəvidə yekunlaşmır. İsrail-Azərbaycan əməkdaşlığı möhkəm dostluq və səmimiyyətə əsaslanır. Hər iki dövlətin geosiyasi maraqları üst-üstə düşür. Xalqlarımız arasında güclü bağ var. Ona görə də ölkələrimizin münasibətlərini korlamaq heç kimə müyəssər olmayacaq və Ermənistana rəğmən daim inkişaf edəcək”.
Z.Məmmədovun sözlərinə görə, Azərbaycan və İsrailin hərbi əməkdaşlığı böyük fəlsəfəyə malikdir:
 "Bu əməkdaşlıq bizə Ermənistan qarşısında böyük üstünlüklər verir. İsrail digər dövlətlərdən fərqli olaraq Azərbaycana məhz bizim istədiyimiz silah-sursatı satır. Eyni zamanda münaqişənin bir tərəfinə, sadəcə Azərbaycana silah verir. Nəzərə alaq ki, hazırda İsrail silahları yüksək texniki qabiliyyətə və xarakteristikaya malikdir”.
İsmayıl