"Paşinyan minlərlə fərari gəncdən hərbi xidmətə qayıtmalarını xahiş edib" - Düşmən dalanda
15:23 04.07.2018
Arxiv
879
"Ermənistanın daxili qoşunları işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirməsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə arxadan vurulan zərbədir”.
Bunu "Sherg.az”a Ermənistanın Daxili Qoşun birləşmələrinin cəbhə xəttində yerləşdirilməsini şərh edərkən millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib.
Deputat vurğulayıb ki, Ermənistan ilk növbədə Azərbaycan torpaqlarından öz qüvvələrini çıxarmalıdır:
"Bu addım Ermənistanın münaqişənin həlli istiqamətində danışıqlar prosesində maraqlı olmadığını göstərir. Artıq sülh danışıqlarının bir imitasiya olduğu faktla təsdiqlənir. Yaranmış vəziyyət ilk növbədə ATƏT-in Minsk qrupunu narahat etməlidir. Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçilik məsələsini öz üzərlərinə götürsələr də, Ermənistanın hərbi təxribatlarını görməzdən gəlirlər. Amma Ermənistana qarşı ciddi təzyiqləri işə salmaq lazımdır. Düşmənin belə avantüraları münaqişənin tənzimlənməsinə deyil, daha çox müharibəyə çevrilməsinə gətirib çıxaran amildir.
Ermənistanın işğal olunmuş ərazilərimizdə belə addımlar atması gülünc vəziyyət yaradır. Azərbaycanın həyata keçirdiyi möhtəşəm hərbi paradın ardınca, geniş miqyaslı hərbi təlimlər başlandı. Hərbi paradda Azərbaycanın malik olduğu ən müasir silahlar, şəxsi heyətin yüksək vətənpərvərlik ruhu nümayiş olundu. İyul ayının 21-dən etibarən Azərbaycan Silahlı Qüvvələri cəbhə bölgəsindən hərbi təlimlərə başladı. Bu addımlar Azərbaycan ordusunun hansı gücə, hansı potensiala malik olduğunu göstərirdi.
İyulun 1-də Rusiyanın tanınmış deputatlarının, ekspertlərinin iştirakı ilə Cocuq Mərcanlıda möhtəşəm konfrans keçirildi. Bundan sonra, açıqlamalar səsləndirildi ki, Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı yeganə müttəfiqidir. Konfransda səsləndirilən fikirlər ona dəlalət edir ki, Dağlıq Qarabağ işğal altında olan Azərbaycan ərazisidir, Ermənistan qoşunları qeyd-şərtsiz ərazilərimizdən çıxarılmalıdır. Bütün bunlar Ermənistanda çox böyük təlaş yaradıb”.
Erməni cəmiyyətinin inqilab eyforiyasından ayrılıb, Nikol Paşinyandan real tədbirlər gözlədiyini diqqətə çatdıran E.Nəsirovun sözlərinə görə, Paşinyan nüfuzunun yavaş-yavaş endiyinin fərqindədir:
"Ona görə, sələfləri kimi populist addımlarla nüfuzunu saxlamağa çalışır. Ermənistanın daxili qoşunlarının Dağlıq Qarabağa yerləşdirilməsi də bu məqsədə xidmət edir.
Ermənistanda gənclərin hərbi xidmətə çağırılması, hərbçilərin xidmətə cəlb olunması məsələlərində ciddi problemlər yaşanır. Hətta iş o yerə gəlib çatıb ki, Nikol Paşinyan on minlərlə fərari gəncə müraciət edib, hərbi xidmətə qayıtmalarını xahiş edib. Erməni mətbuatının yazdığına görə, yalnız 300-ə yaxın gənc bu müraciətə müsbət cavab verib. Bütün bunlar göstərir ki, düşmən dalana dirənmiş haldadır. Belə populist addımlar atmaqla daxili problemləri pərdələməyə çalışır. Amma Ermənistan işğala son qoymadığı müddətcə xilas yolunu tapa bilməyəcək, uçuruma yuvarlanmaqda davam edəcək”.
Qeyd edək ki, Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan kütləvi informasiya vasitələrində hökumətin qərarına istinadən Ermənistanın Daxili Qoşun birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirilməsi barədə məlumatlara münasibət bildirib. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə, Ermənistanın yeni hakimiyyətinin bu addımı hərbi avantüradır və vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Daxili qoşun birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirməsi Ermənistan ordusunda acınacaqlı vəziyyətin və şəxsi heyətin komplektləşdirilməsində üzləşdiyi ciddi problemlərin əyani göstəricisidir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat