“Hələlik Koçaryan şahid kimi dindirilir. Şübhə etmirəm ki, digər şəxslərlə yanaşı, o da cəzalanacaq”
Paşinyan qisasçılığa başladı
09:18 06.07.2018
Arxiv
576
Ermənistan baş naziri keçmiş hakimiyyət rəsmilərini həbs etdirməkdə israrlıdır
“Hələlik Koçaryan şahid kimi dindirilir. Şübhə etmirəm ki, digər şəxslərlə yanaşı, o da cəzalanacaq”
“Hələlik Koçaryan şahid kimi dindirilir. Şübhə etmirəm ki, digər şəxslərlə yanaşı, o da cəzalanacaq”
Ermənistanın sabiq prezidenti Robert Koçaryan 2008-ci il martın 1-də dinc insanların qətlə yetirilməsinə görə şahid qismində istintaqa çağırılıb. Bu barədə Ermənistanın xüsusi istintaq xidmətinin rəhbəri Sasun Xaçatryan məlumat verib. O vurğulayıb ki, sözügedən istintaq işi çərçivəsində sabiq müdafiə naziri, 2008-ci il martın 1-də respublika silahlı qüvvələri baş qərargahının rəisi olmuş Seyran Ohanyan da şahid qismində sorğu-sual edilib:
"Bildirişin onlara çatıb-çatmadığını bilmirəm, lakin biz bildiriş göndərmişik. Onlar istintaqa şahid kimi çağırılıblar”. Xatırladaq ki, iyulun 3-də İrəvan Məhkəməsi mart hadisələrinə görə, Ermənistanın sabiq naziri, general-polkovnik Mikael Arutyunyanın həbsi barədə sanksiya verib. Hərbçi 2008-ci il martın 1-də ölkədə konstitusiya sistemini pozmaqda ittiham edilir. İstintaqın versiyasına görə, Arutyunyan və digər rəsmi şəxslər konstitusiyanı pozaraq, Ermənistanda hərbi vəziyyət elan edib, dinc nümayişçilərə qarşı ordudan istifadə ediblər.
Artıq Arutyunyan axtarışa verilib, məhkəmədə onun həbsi barədə vəsatət qaldırılıb. Məlumat üçün deyək ki, Ermənistanda 2008-ci il fevralın 19-da prezident seçkilərindən sonra ölkədə etiraz aksiyaları keçirilib. İnsanlar seçkilərin rəsmi yekunları ilə razılaşmadıqlarını bildiriblər. Küçə aksiyalarını Ermənistanın birinci prezidenti Ter-Petrosyanın tərəfdarları təşkil ediblər. Mitinqçilərlə hüquq-mühafizə orqanlarının nümayəndələri arasında qarşıdurma nəticəsində 8 nümayişçi və 2 polis ölüb. Baş verənləri analiz edən yerli ekspertlər istintaq işinin açılmasını baş nazir Nikol Paşinyanın intiqamı kimi dəyərləndiriblər.
Düşmən ölkədə yaşananları "Şərq”ə dəyərləndirən politoloq Mübariz Əhmədoğlu hesab edir ki, Paşinyan aşağı səviyyəli insandır və onda paxıllıq, qısqanclıq, qisasçılıq hissi çox yüksəkdir:
"Baş nazirin ən yaxın dostu Ermənistanda məşhur bir ailənin nümayəndəsi olan Aram Sarkisyan idi. Amma Paşinyan ona belə vəzifə vermədi, heç yaxına buraxmadı. Məncə, Nikol Paşinyanın birbaşa məqsədi Robert Koçaryanı həbsə atmaqdır. Amma başa düşür ki, Koçaryan Qarabağ klanının rəhbəridir və Serj Sarkisyanı hakimiyyətə gətirən adamdır. Həmçinin, hazırda Koçaryan Rusiyada fəaliyyət göstərən nüfuzlu şirkətlərdən birinin direktorlar şurasının sədridir. Ona görə də Paşinyan "hüquqi” yollara əl ataraq, sabiq prezdenti aradan götürmək istəyir. Eks rəhbərin ətrafında olanlara cinayət işi açmaqla onu zərərsizləşdirməyə çalışır.
Hələlik Koçaryan şahid kimi dindirilir. Şübhə etmirəm ki, digər şəxslərlə yanaşı, o da cəzalanacaq. Çünki hüquqşünaslara və siyasi ekspertlərə görə, 2008-ci ilin mart hadisələrində yalnız sabiq prezident Robert Koçaryan günahkardır və həbs olunmalıdır. Əgər Koçaryan həbs olunarsa, o zaman mart hadisələri açılmış hesab olunacaq. Serj Sarkisyanın müdafiəçiləri iddia edirlər ki, həmin olaylar baş verəndə Sarkisyan Ermənistanın baş naziri olub və prezidentlik vəzifəsini icra etməyib. Bu baxımdan da məsuliyyəti öz boynundan atır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat