Zaman konkret olaraq Paşinyanın ziyanına, Azərbaycanın isə xeyrinə işləyir. Görünür, son günlər bu həqiqəti Ermənistanın yeni hökumətinə başa salıblar
Paşinyan vəziyyəti anlamağa başlayıb
08:18 06.02.2019
Arxiv
472
Ermənistanın danışıqlarda münaqişə tərəfi kimi iştirakı inkaredilməz reallıqdır
Zaman konkret olaraq Paşinyanın ziyanına, Azərbaycanın isə xeyrinə işləyir. Görünür, son günlər bu həqiqəti Ermənistanın yeni hökumətinə başa salıblar
Zaman konkret olaraq Paşinyanın ziyanına, Azərbaycanın isə xeyrinə işləyir. Görünür, son günlər bu həqiqəti Ermənistanın yeni hökumətinə başa salıblar
"Ermənistan Qarabağın təhlükəsizliyinin qarantıdır, o, danışıqlarda iştirakı qəbul edir və buna davam edəcək". Bu barədə Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan baş nazir Nikol Paşinyanın "Ermənistan konflikt tərəfidir” sözlərini şərh edərkən deyib. Ermənistan və Azərbaycan dövlət başçılarının görüşünə gəlincə isə Mnatsakanyan tələsməməyi məsləhət görüb: "Tələsmək lazım deyil. Biz bu prosesi elə aparmaq istəyirik ki, nəticə olsun və əmin olaq ki, növbəti addımla dinamikanın saxlanılmasına nail olacağıq”. "Azərbaycan XİN-in danışıqlardan çıxma bəyanatı təhdid sayılırmı?” sualına Mnatsakanyan "Biz işləməyə davam edirik, qoy, onlar düşünsünlər” şəklində cavab verib. Xatırladaq ki, Nikol Paşinyan hakimiyyətə yiyələndiyi ilk illərdə israrla Ermənistanın münaqişədə tərəf olmadığını iddia edirdi. Baş nazir qondarma Dağlıq Qarabağ rejiminin tərəf kimi masaya oturulmasını vacib sayırdı. Lakin sonuncu açıqlamalardan görünür ki, artıq rəsmi İrəvan Ermənistanın münaqişə tərəfi olduğunu qəbul etmək məcburiyyətində qalıb.
Düşmən ölkə rəhbərliyinin geri addım atmasını "Şərq”ə dəyərləndirən politoloq Natiq Miri hesab edir ki, Paşinyanın Qarabağı "müstəqil tərəf” kimi təqdim etmək istəyi populist bir addım idi və daha çox daxili ictimai auditoriyaya hesablanmışdı:
"Paşinyan düşünürdü ki, Sarkisyan hərbi xuntasını, yəni ruspərəst rejimi inqilabi yolla hakimiyyətdən devirdikdən sonra ABŞ başda olmaqla Qərb dünyası İrəvanın yanında olacaq. Həmçinin, Ermənistanın yeni rəhbərliyinə Dağlıq Qarabağ münaqişəsində istənilən addımı atmağa imkan verəcək. Ancaq sonrakı hadisələr və proseslər bunun belə olmadığını göstərdi. Ermənistanın maliyyə yardımı alması məsələsi də özünü doğrultmadı. Paşinyan zamanla reallığın onun düşündüyündən çox fərqli olduğunu anladı”.
Analitikin sözlərinə görə, Ermənistanın danışıqlarda münaqişə tərəfi kimi iştirakı inkaredilməz reallıqdır:
"ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri və digər beynəlxalq qurumlar tərəfləri məzh bu şəkildə qəbul ediblər. Beynəlxalq təşkilatlar səviyyəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi faktı ilə bağlı xeyli sənədlər və qətnamələr qəbul olunub. Belə olan təqdirdə "Ermənistanın münaqişəyə dəxli yoxdur” demək, İrəvanı bu prosesdən kənara çıxarmaq qətiyyən mümkün deyil. Paşinyan Ermənistanı məqsədli şəkildə prosesdən yayındırmaq istəyirdi. Çünki baş nazir inqilabdan sonra ölkəni çox çətin günlərin gözlədiyini bilirdi.
Əlavə olaraq Qarabağ kimi mürəkkəb bir problemin məsuliyətini də üzərinə götürmək istəmirdi. Üstəlik ortada Azərbaycan faktoru da var. Ölkəmizin beynəlxalq mövqeyi güclənməkdə, rəsmi Bakı siyasi dialoqlar mərkəzinə çevrilməkdədir. Qısa zamanda ciddi iqtisadi potensialımız formalaşıb. Zaman konkret olaraq Paşinyanın ziyanına, Azərbaycanın isə xeyrinə işləyir. Görünür, son günlər bu həqiqəti Ermənistanın yeni hökumətinə başa salıblar. Anladıblar ki, əgər inqilab yolu ilə hakimiyyətə yiyələnmisənsə, sadəcə sənə dəstək verən əhalinin yox, eyni zamanda xarici dairələrin də təlimatlarını nəzərə almalısan. Paşinyan bu reallıqları gözardı edə bilmir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya