Paşinyanı çətin dövr gözləyir
08:11 26.12.2018
Arxiv
348
Əgər o, Qarabağ münaqişəsinin həllində konkret addım atmasa, cəbhə bölgəsində vəziyyət gərginləşə bilər
"Gələn il Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həlli üçün önəmli il ola bilər”. Bunu Prezidenti İlham Əliyev Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, Azərbaycanın prinsipial mövqeyi dəyişməz olaraq qalır: "Ölkəmizin ərazi bütövlüyü qeyd-şərtsiz təmin olunmalıdır, bərpa edilməlidir, işğalçı qüvvələr torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır. Bunu ədalət, tarix tələb edir, beynəlxalq hüquq tələb edir. BMT Təhlükəsizlik Şurasının qətnamələrində məhz dediyim sözlər öz əksini tapıb ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Biz, əlbəttə ki, xarici müstəvidə öz səylərimizi bu istiqamətdə artıracağıq.
Bu il həm ikitərəfli təmaslar əsasında bir çox ölkələrin dövlət və hökumət başçıları ilə apardığım danışıqlarda və imzalanmış sənədlərdə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə hörmət göstərilir və münaqişənin bu prinsiplər əsasında həll olunması tələb edilir. Eyni zamanda, Avropa İttifaqı ilə imzalanmış sənəddə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı haqqında çox ciddi bəyanatlar var”. Prezident vurğulayıb ki, bu gün Ermənistan və Azərbaycan iqtisadi və hərbi cəhətdən fərqli kateqoriyalarda olan ölkələrdir: "Bölgədə gedən proseslər, bizim qonşu ölkələrlə münasibətlərimizin möhkəmləndirilməsi regionda vəziyyəti bizim xeyrimizə dəyişdirir. Bütün bu amillər deməyə əsas verir ki, 2019-cu ildə münaqişə ilə bağlı müəyyən addımlar atılacaq. Hələ ki, bir şey demək tezdir, ancaq bir şey tam aydındır: biz prinsipial mövqeyimizdən çəkilməyəcəyik, öz ərazi bütövlüyümüzün istənilən yolla bərpası bizim suveren hüququmuzdur. Dağlıq Qarabağ və onun ətrafında yerləşən digər işğal edilmiş torpaqlar bizim əzəli, tarixi torpaqlarımızdır və bu, bu gün belədir, sabah da belə olacaq”.
Dağlıq Qarabağ ətrafında cərəyan edən prosesləri "Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu deyib ki, Ermənistanın yeni rəhbərliyinin səriştəsizliyi sayəsində münaqişənin həlli baxımından 2018-ci ildə real fürsətlər əldən verildi:
"Durğunluq Ermənistandakı sabitsizliklə, o cümlədən hakimiyyətə gələn yeni qüvvələrin münaqişəni həll etmək üçün nə edəcəklərini bilməmələri və təklif irəli sürməmələri ilə bağlıdır. Bütün bunlara baxmayaraq, 2019-cu ildə vəziyyətin durğunluqdan çıxarılması üçün müəyyən əsasların olduğunu təhlilçilər də etiraf edirlər. Məsələ ondadır ki, Azərbaycan Ermənistandakı yeni hökumət öz mövqeyini qəti müəyyən edənədək Qarabağda hər hansı hücum əməliyyatına başlamayacağını müəyyən qədər eşitdirib.
Prezident İlham Əliyev və XİN başçısı Elmar Məmmədyarovun yaxın vaxtlarda qarşılıqlı anlaşma əldə etmək üçün imkanların ortaya çıxmasını bildirməsi də məhz tərəflərin hələlik sərt addımlar atmaq niyyətində olmadıqlarını göstərir. Lakin indiki vəziyyəti İrəvanın qeyri-ardıcıl siyasəti çıxılmaz duruma salır. İstənilən halda qarşıda Paşinyanı çətin dövr gözləyir.
Əgər o, Qarabağ münaqişəsinin həllində konkret addım atmasa, cəbhə bölgəsində vəziyyət gərginləşə bilər. Ermənistanın artan xarici borc probleminin həll edilməməsi isə Paşinyanın özünün sonunu yaxınlaşdırar. Reallıq odur ki, hələlik Rusiya və Qərb arasında vurnuxan Paşinyana bu cür diplomatiya hansısa dividend vəd etmir.
Paşinyanın ən böyük problemi isə odur ki, o, azad, müstəqil ölkənin rəhbəri deyil. Xarici sərhədlərini rus hərbçilərinin qoruduğu, təhlükəsizliyi bilavasitə Rusiyadan asılı olan bir ölkə Qarabağ münaqişəsində ağıllı addım ata bilməz”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə