Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Egey adalarında hərbi fəaliyyətlərini artırmasına münasibət bildirib.
Sherg.az-ın məlumatına görə, Ərdoğan deyib ki, Ankara Yunanıstanla yaxşı qonşuluq münasibətlərinin tərəfdarıdır, lakin beynəlxalq müqavilələrin pozulmasına göz yummayacaq.
“Türkiyənin heç kimin torpağında gözü yoxdur, amma heç kimə də öz hüquqlarını tapdalatmaz. Yunanıstan düşdüyü bu yanlış yoldan dönməli, hərbisiz statusda olan adaları silahlandırmaqdan əl çəkməlidir”, - deyə Ərdoğan vurğulayıb.
O bildirib ki, Türkiyənin soyuqqanlı və sağlam düşüncəli mövqeyini zəiflik kimi qiymətləndirmək ciddi səhvdir.