“İlk görüşdə düşmən tərəfin münaqişə ilə bağlı mövqeyi müəyyən mənada aydın olacaq”
Paşinyanı da Sarkisyanın aqibəti gözləyir
08:06 10.07.2018
Arxiv
724
Brüsseldə baş tutacaq XİN başçılarının görüşü tanışlıq məqsədi daşıyır
“İlk görüşdə düşmən tərəfin münaqişə ilə bağlı mövqeyi müəyyən mənada aydın olacaq”
“İlk görüşdə düşmən tərəfin münaqişə ilə bağlı mövqeyi müəyyən mənada aydın olacaq”
İyulun 11-də Brüsseldə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Tərəflər arasında baş tutacaq ilk təmas Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin növbəti mərhələsinin başlanğıcı kimi dəyərləndirilir. Nəzərdə tutulan görüşlə bağlı mətbuata açıqlama verən xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Ermənistanda hakimiyyətə gələn yeni qüvvələr sağlam düşüncəli siyasət yürüdərlərsə, münaqişənin həllində irəliləyiş əldə etmək olar.
Əgər Sarkisyan rejiminin yolu ilə gedərlərsə, onları da eyni aqibət gözləyir:
"Ermənistan rəhbərliyi başa düşməlidir ki, münaqişənin həlli onların ən çox ehtiyac duyduğu regional əməkdaşlıq imkanları yarada və davamlı sülhü təmin edə bilər. Danışıqlar prosesində Azərbaycanın mövqeyi aydın, birmənalı və qətidir. İlk növbədə, işğal faktı aradan qaldırılmalıdır”. Bəzi ekspertlərə görə, xarici işlər nazirlərinin görüşü əhəmiyyət kəsb edə bilər. Çünki daxili qoşun hissələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə gətirilməsi, sərhəd rayonlarına əlavə güc yığılması müharibə ritorikasını gücləndirir. Bu mənada ilk təmas cəbhədəki gərginliyin nisbətən azaldılmasına səbəb ola bilər. Ancaq əksəriyyət düşünür ki, Paşinyan və onun komandasının görüş taktikası gələcək seçkilərə hesablanmış siyasi gedişdir. Ermənistan prezidenti Armen Sarkisyanın açıqlamasından da aydın olur ki, İrəvan hökuməti indiki status-kvonun saxlanmasında maraqlıdır. Erməni prezidentin sözlərinə görə, müharibənin nəticələri bütövlükdə region üçün fəlakətli olacaq. Həmçinin, prezident danışıqlar masasında özünün yox, baş nazirin oturacağını bəyan edib.
Münaqişə ətrafında cərəyan edən prosesləri "Şərq”ə dəyərləndirən siyasi elmlər namizədi Zaur Məmmədov deyib ki, Ermənistan prezidenti və baş nazir Nikol Paşinyan arasında Qarabağ danışıqları ilə bağlı bəzi fikir ayrılıqları mövcuddur. Onun sözlərinə görə, Armen Sarkisyan siyasi fiqur kimi tamam fərqli bir dəst-xəttin adamıdır:
"Məlum məsələdir ki, parlamentli respublikalarda dövlətdə əsas söz sahibi baş nazir olur. Baş nazir həm daxili, həm də xarici siyasəti müəyyənləşdirir. Ancaq məsələ ondadır ki, rəsmi Bakı idarəetmə kreslosunda kimin oturmasından asılı olmayaraq, Ermənistan tərəfindən ətraf rayonlarla bağlı konstruktiv mövqe gözləyir. Paşinyan hakimiyyəti sərsəm bəyanatları davam etdirərsə, absurd şərtlərdən imtina edilməzsə, Azərbaycan Ordusu öz ərazisində anti-terror əməliyyatları keçirəcək. Buna heç kimin şübhəsi olmasın. O ki qaldı iyulun 11-də Brüsseldə XİN rəhbərlərinin görüşünə, bu sadəcə tanışlıq məqsədi daşıyan görüşdür. İlk görüşdə düşmən tərəfin münaqişə ilə bağlı mövqeyi müəyyən mənada aydın olacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual