"Paşinyanın Azərbaycandan kompromis istəməsi abssurd bəyanatdır" - Şərh

"İşğala məruz qalan və torpaqları azad etmək istəyində olan bir dövlətin sülh danışıqlarına razılıq verməsindən böyük güzəşt ola bilməz”
"Ermənistan baş naziri Nikol Paşinyanın Almaniya səfəri zamanı "Biz kompromisə hazırıq, amma bunu ilk addım olaraq Azərbaycan atmalıdır” bəyanatı provokativ bəyanatdır”.
Bunu "Sherg.az”a açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.
Ekspert bəyan edib ki, Paşinyanın erməni diasporası qarşısında çıxışı zamanı səsləndirdiyi bu fikir deməyə əsas verir ki, o, krizisdən çıxış yolunu bilsə də, bu addımı atmağa cəsarət etmir: 
"Almaniyanın Qarabağla bağlı rəsmi mövqeyi son illər daha da aydınlaşaraq torpaqların işğaldan azad olunması səviyyəsində qərarlaşıb. Bu barədə xanım Merkelin bir neçə dəfə bəyanatlar da verdiyinin şahidi olmuşuq. Böyük ehtimalla Ermənistan rəhbərliyinə sülh təklifi edilsə də, hələ Rusiyanın təsir dairəsində olması səbəbindən qərar qəbul edə bilmirlər. Elə bu səbəbdən Paşinyan diaspora qarşısında çıxış zamanı ona qarşı iddia edilən təzyiqləri təzkib edib.
Paşinyanın Azərbaycandan kompromis barədə rəsmi qarantiya istəməsi abssurd bir bəyanatdır. Azərbaycanın Ermənistanla sülh danışıqlarına razılıq verməsinin özü kompromisdir. İşğala məruz qalan və torpaqları azad etmək istəyində olan bir dövlətin sülh danışıqlarına razılıq verməsindən böyük güzəşt ola bilməz”.
İsmayıl