Ermənistan baş naziri rəqiblərini sıradan çıxarmaqla, Ermənistanda yeganə gücə çevrilməyə çalışır. N.Paşinyan Rusiyanın "Qarabağ klanı”na daxil olan əlaltılarını sıradan çıxarmaqla öz nüfuzunun yüksələcəyini düşünür. Əslində, Moskvanın xoşuna gəlsə də, gəlməsə də N. Paşinyanın başqa seçimi yoxdur. Əks halda qarşısındakı qüvvələr onu devirə, hakimiyyəti əlindən ala bilər.
"Paşinyanın başqa seçimi yoxdur" - Tanınmış politoloqdan aktual şərh
08:50 06.08.2018
Arxiv
694
"Rusiya Ermənistandakı əlaltılarının cəzalandırılmasından ciddi narahatdır”.
Bunu "Sherg.az”a Rusiya XİN rəhbəri Sergey Lavrovun "Ermənistanda baş verənlər Kremli narahat etməyə bilməz" bəyanatını şərh edərkən politoloq Zərdüşt Əlizadə söyləyib.
O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi sürətlənərsə, bölgəyə nəzarət mexanizmi Rusiyanın əlindən çıxa bilər:
"Rəsmi Moskva bu kimi problemlərdən narahatdır. Çünki Kreml münaqişənin dondurulmuş vəziyyətdə qalmasını istəyir. N.Paşinyan hələlik Dağlıq Qarabağ məsələsində Rusiyanın nəzarət mexanizminə toxunmayıb. Ona görə, Ermənistan və Rusiya arasında ciddi ziddiyyət görmürəm.
Ermənistan baş naziri rəqiblərini sıradan çıxarmaqla, Ermənistanda yeganə gücə çevrilməyə çalışır. N.Paşinyan Rusiyanın "Qarabağ klanı”na daxil olan əlaltılarını sıradan çıxarmaqla öz nüfuzunun yüksələcəyini düşünür. Əslində, Moskvanın xoşuna gəlsə də, gəlməsə də N. Paşinyanın başqa seçimi yoxdur. Əks halda qarşısındakı qüvvələr onu devirə, hakimiyyəti əlindən ala bilər.Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrovun bəyanatına görə, Ermənistanda baş verən hadisələr ölkənin yeni rəhbərliyinin sələflərini təqib edilməyəcəyinə dair vədlərinə ziddir. O bildirib ki, İrəvanın müttəfiqi olan Rusiya erməni dövlətinin stabilliyində həmişə maraqlı olub və bu baxımdan orada baş verənlər Kremli narahat etməyə bilməz:
"Bu həm də Ermənistanın MDB məkanında təmsil olunduğu təşkilatların normal işinin təminatı nöqteyi-nəzərdən də çox vacibdir”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya