Paytaxtda tramvay xətlərinin bərpası REALDIRMI ? - İZAH
13:38 09.07.2018
Arxiv
713
"Tramvayların və trolleybusların Azərbaycanın iri şəhərlərində istifadəyə verilməsi yaxşı addım olardı”.
Bunu "Sherg.az”a Fransanın "Alstom” dəmiryol nəqliyyatı şirkətinin Bakıda tramvay xətlərinin bərpası layihəsi ilə bağlı danışarkən nəqliyyat sahəsi üzrə ekspert İlqar Hüseynli söyləyib.
O xatırladıb ki, 1996-1997-ci illərdə Bakıda bütün tramvay xətləri ləğv edildi:
"Küçə və prospektlərdə hərəkət zolaqları, tramvay relsləri sökülərək yerində lazımsız bardyorlar quruldu. Hələ o illərdən bəri ekspertlər tramvay xətlərinin ləğv edilməsinin əleyhinə idi. Tramvaylar ilk növbədə tıxac probleminin həllində effektiv nəqliyyat vasitəsidir. Həmçinin elektriklə çalışdığına görə, ekoloji cəhətdən kifayət qədər səmərəlidir”.
İlqar Hüseynlinin fikrincə, tramvay xətlərinin bərpa olunması ciddi maliyyə tələb edir:
"Əvvəldən bu xətlər saxlansaydı, indi istifadə etmək üçün köhnə infrastrukturun üzərində yeniləmələr edə bilərdik. Yenidən tramvay xətlərinin qurulması asfalt örtüyünün zədələnməsinə, prospektlərin ortasında qurulan lazımsız vasitələrin, işıq dirəklərinin sökülməsinə səbəb olacaq. Bu infrastrukturun qurulması bəlkə də illər aparacaq prosesdir. Əslində bu problem şəhərsalmanın ilk dövrlərində həll edilməli idi”.
Qeyd edək ki, adıçəkilən əcnəbi şirkət Bakıda tramvay xətlərinin bərpası layihəsinin reallaşdırılması ilə bağlı Azərbaycan tərəfinin qərarını gözləyir. Şirkətin Qərbi və Mərkəzi Asiya üzrə idarəedici direktoru Bernard Pell deyib ki, bir neçə il əvvəl Bakıda tramvay xətlərinin bərpa olunması ilə bağlı təklif irəli sürüblər: "Lakin paytaxtda Formula-1 yarışlarının keçirilməsi ilə əlaqədar planları və tramvay xəttinin profilini dəyişməli olduq”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region