Petr Çex: “Azərbaycanla oyun işimizi çətinləşdirdi”
06:22 14.12.2016
Arxiv
1066
"Seçmə mərhələdən əvvəl millidəki karyeramı bitirməyim yığma üçün yaxşı olmadı. Amma digər tərəfdən qərarımı düzgün sayıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Arsenal”ın qapıçısı Petr Çex deyib.
Ölkəsinin mətbuatına açıqlama verən 34 yaşlı qolkiper milli karyerasını bitirməsindən və Çexiya yığmasının DÇ-2018-in seçmə mərhələsindəki çıxışından danışıb.
Çexlərin Azərbaycan yığması ilə qolsuz bərabərliyə qaldığı matça da toxunan qapıçı maraqlı fikirlər səsləndirib: "Həm klubda, həm də millidə oynamaq, vaxtımın çoxunu yollarda keçirmək artıq məni yorurdu. İllər ərzində bu rejimdə oynadım və başa düşdüm ki, daha gücümün 100 faizini meydanda qoya bilmirəm. Özümü aldada bilməzdim, buna görə də, qərar verməli idim. Düzdü, mənim yoxluğumda milli seçmə mərhələyə yaxşı başlamadı. Şimali İrlandiya və Azərbaycanla ev görüşlərində xallar itirildi. Bu iki oyun işimizi çətinləşdirdi. Halbuki, həm Şimali İrlandiya, həm də Azərbaycanla qarşılaşmada Çexiya yığması yaxşı oyun göstərdi, qol vəziyyətləri yaratdı. Sadəcə, imkanlardan istifadə edə bilmədi. Nəticədə ardıcıl 2 ev matçındakı xal itkisi yığmanı təzyiq altına saldı. Nəhayət, Norveçlə qarşılaşmada komanda tilsimi qıra bildi. Yaxşı oyun göstərib, dünya çempionatından kənarda qalmaq heç yaxşı olmaz”.
Qeyd edək ki, 2002-2016-cı illərdə Çexiya yığmasının formasını geyinmiş Çex millidə 124 oyun keçirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm