Planda hər hansı dəyişiklik yoxdur

Rəngli taksi sürücülərinə maaş verilməyəcək



Paytaxtda London taksisi kimi tanınan bənövşəyi rəngli taksi sürücülərinə maaş verilməyəcək. Onlar əvvəlki qaydada çalışacaqlar.

Bu barədə "Şərq”ə "Bakı Taksi” MMC-nin Biznesin İnkişafı Departamentinin müdiri Faiq Alverdiyev məlumat verib. O bildirib ki, planda hər hansı bir dəyişiklik edilməyəcək və maaşla işə qəbul nəzərdə tutulmayıb: "Sürücülər işə qəbul olunarkən onlarla müqavilə bağlanır. Müqavilə şərtlərinə görə, onlar növbəli şəkildə 12 saat çalışırlar”.

Məlumat üçün bildirək ki, uzun müddətdir ki, Bakıda London taksidə çalışan sürücülər planın çox olmasından, çalışma şərtlərinə əsasən yanacağı öz hesablarına almalarından şikayətlənirlər. Çünki nəticədə onlara maaş verilmədiyini və az qazanc işlədiklərini bildirirlər.

Onu da qeyd edək ki, Bakıda London taksiləri 2011-ci ildən xidmət göstərməyə başlayıb. Taksiyə oturmağın məbləği 1 manat, hər kilometrin qiyməti 40 qəpikdir.

Vüqar