Polis helikopteri vuruldu – 3 ölü




Meksikada quldurlar qrupu Miçoqan ştatında əməliyyat keçirən polis vertolyotunu vurub.
Axar.az xəbər verir ki, bu haqda məlumatı qubernator Silvano Aureolos öz Tvitter hesabında yazıb.
Nəticədə 3 polis həlak olub. Sözügedən polis qrupunun mafiya liderlərinin tutulma əməliyyatlarında iştirak etdiyinə görə vurulduğu iddia edilir.