Politoloqdan həyəcan: “İran yük maşınlarının Qarabağa soxulması...”

“Limonovun iddiası təsdiqini taparsa, təcili olaraq İrana nota verilməlidir”



"Rusiyalı yazıçı və siyasi xadim Eduard Limonov iyun ayında Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib. Bu faşist rus siyasi xadimi Rusiya hakimiyyətinə səslənərək Qarabağı ermənilərə hədiyyə etməyə çağırıb”.

 Bunu qatı rus millətçisi, erməni sevdalısı Eduard Limonovun Dağlıq Qarabağa qanunsuz səfər etməsi ilə bağlı "Sherg.az”a danışan politoloq Vasif Əfəndiyev deyib. 

Ekspertin sözlərinə görə, Rusiya tərəfinin intensiv olaraq bu cür şəxsləri Qarabağa göndərməsi bizim üçün yeni hal deyil. 


Sübut üçün bundan öncə Lapşin və rus milyarder Sterliqovun qalmaqallı səfərlərini xatırlamaq yetərlidir. Limonov səfər qeydlərində Dağlıq Qarabağ ərazisində çox sayda İran yük maşınlarını gördüyünü yazır. Rusiya və İranla onsuz da hər şey aydındır. Onlar Ermənistana rəsmi olaraq dəstək verirlər və bu onların şəxsi işidir. Lakin İran yük maşınlarının Azərbaycan ərazilərinə qanunsuz soxulması sərhədlərimizə və ərazimizə müdaxilədir. Limonovun bu iddiası təsdiqini taparsa, dərhal və təcili olaraq İrana nota verilməlidir”.

İsmayıl