Polşa prezidenti sabah Azərbaycana gələcək




Polşa prezidenti Anjey Duda mayın 30-da Azərbaycana rəsmi səfər edəcək.

ONA -nın əldə etdiyi məlumata görə, mayın 31-də rəsmi görüşlər olacaq.
Anjey Duda Polşa-Azərbaycan biznes forumuna da qatılacaq.

Səfər çərçivəsində bir sıra sənədlərin imzalanması gözlənilir.

Səfər mayın 31-də başa çatacaq.