
Pomidor niyə bahalaşıb? - İxracat artır, istehsalın həcmi çoxalmır
10:01 08.04.2019
Arxiv
612
Son zamanlar soğanın bahalaşması gündəmi zəbt edən mövzulardan biri idi. Hətta qiymət artımının rekord həddə çatdığı bildirilirdi. Bahalaşmaya səbəb olaraq isə İrandan soğan və kartofun ixracına qadağaların qoyulması qeyd olunurdu.
İndi isə soğanın uculaşması, əksinə pomiorun bahalaşması müşahidə olunur. Tehran Meyvə və Tərəvəz Satıcıları Assosiasiyasının direktoru Həsən Sabiri Herəndinin sözlərinə görə, pomidora tətbiq olunan ixrac qadağasının aprelin 4-dən ləğv edilməsi ilə bu məhsulun qiyməti 2 dəfə artıb. Direktor əlavə edib ki, meyvə-tərəvəz bazarlarında 1 kiloqram pomidorun qiyməti 50 min riala (təxminən 1,19 dollar) bahalaşıb.
Pomidorun bahalaşma səbəbləri ilə bağlı "Sherg.az”a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, kənd təsərrüfatı məhsullarının bahalaşması proseslərini iki hissəyə ayırmaq olar.
Ekspert bahalaşmaya əsas səbəb kimi mövsümi xarakterli qiymət dəyişməsini və ölkəmizdə belə halların tez-tez müşahidə olunduğunu deyib:
"Təqribən noyabrın sonu dekrabrın əvvəllərindən başlayaraq yazın ortalarına, yəni may ayına qədər yerli məhsullar bazarda azaldı. Bu azalma isə qiymət artımına səbəb oldu.
Kənd təsərrüfatı məhsullarının bahalaşma səbəbi kimi başqa bir amili də qeyd edə bilərik. Azərbaycanda kənd təsərrüfatı məhsullarının ixracatında artım dinamikası müşahidə edilir. İxracata yönəlik addımların artdığını görürük. Amma istehsalın həcmi artmır. Həcm çoxalmadığı üçün də xaricə ixracat artır və yerli məhsullarda istehsalın həcminin az olması bahalaşmaya imkan yaradır”.

N.Cəfərlinin sözlərinə görə, Nazirlər Kabineti məhsulların bahalaşması ilə bağlı vəziyyəti tənzimləmək üçün bəzi inzibati qərarlar qəbul edib:
"Bu qərarlar ixracatla bağlı gömrük rüsumlarının tətbiq olunması idi. Məhz bundan sonra soğanın qiymətində enmələr müşahidə olunur. Çünki artıq o tariflərlə xaricə soğan ixrac etmək sərf etmir. Pomidorla bağlı belə bir qərar yoxdursa, deməli, kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan fiziki və hüquqi şəxslər artıq soğan deyil, pomidorun ixrac olunmasına və öz qazanclarını saxlamağa çalışırlar. Bu da pomidorun daha çox ixrac edilməsi ilə nəticələnir. Yerli bazarlarda isə pomidorun həcm olaraq azalması qiymətlərin yüksəlməsinə səbəb olur”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: İranla danışıqlarda çox yaxşı irəliləyiş var
23:54 19.05.2026
Dünya
"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
23:28 19.05.2026
Dünya
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya