Prezident İlham Əliyevin ötən gün keçirdiyi müşavirədə müzakirə olunan məsələlərə gəlincə, O. Gündüz deyib ki, enerji sistemində baş verən qəzada SCADA sıradan çıxıb, növbəti qərarların qəbulunda bu sistemdən istifadə mümkünsüz olub:
"Prezident baş verənlər haqqında tam məlumatlıdır"
11:09 05.07.2018
Arxiv
715
"Prezident baş verənlər haqqında tam məlumatlıdır""Prezident baş verənlər haqqında tam məlumatlıdır"
Prezident İlham Əliyevin ötən gün keçirdiyi müşavirədə müzakirə olunan məsələlərə gəlincə, O. Gündüz deyib ki, enerji sistemində baş verən qəzada SCADA sıradan çıxıb, növbəti qərarların qəbulunda bu sistemdən istifadə mümkünsüz olub:
"Ölkənin enerji sistemini real vaxtda avtomatik olaraq idarə etməyə imkan verən rəqəmsal SCADA sisteminin yaradılmasına 58 milyon dollar xərclənib”.
Bu barədə "Sherg.az”a "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
O qeyd edib ki, kredit hesabına əldə olunan bu məbləğ kifayət qədər böyük vəsaitdir və 47 mln. dollar Dünya Bankına, 8 mln. dollar Azərbaycan Hökuməti və 3 mln. dollar Almaniyanın KfW bankına məxsudur:
"Sistem tam olaraq, 2012 –ci ildən istifadəyə verilib. SCADA çərçivəsində bütün ölkə boyu fəaliyyətdə olan elektrik stansiyaları arasında fiber-optik şəbəkənin və 3 dispetçer məntəqəsinin qurulması, qəzaların operativ ləğvi üçün imkanların yaradılması, şəbəkənin tam rəqəmsallaşdırılması, uzaqdan idarəetmə sisteminin qurulması, enerji obyektlərində baş verən bütün fiziki proseslərin uzaqdan avtomatik idarə edilməsi və s. nəzərdə tutulub. Əgər qeyd olunanlar bizim SCADA sistemində olubsa, düşünürəm ki, kifayət qədər intellektual və ən müasir bir sistem olmalı idi”.
Prezident İlham Əliyevin ötən gün keçirdiyi müşavirədə müzakirə olunan məsələlərə gəlincə, O. Gündüz deyib ki, enerji sistemində baş verən qəzada SCADA sıradan çıxıb, növbəti qərarların qəbulunda bu sistemdən istifadə mümkünsüz olub:"SCADA qərar qəbul edənlərə hər hansı məlumat verə bilməyib və onlar komissiya üzvlərinə "nağıllar” danışıblar. Qəzadan öncə isə SCADA-nın hansı vəziyyətdə olması da maraq doğuran məsələlərdəndir. Güman ki, komissiya SCADA sisteminin auditini, nəzərdə tutulanların yerində olmasını, sistemin dayanıqlığını və qəza zamanı nə üçün işləmədiyini araşdıracaq.
Yeri gəlmişkən, bu sistemin quraşdırılmasının birinci mərhələsində dünyada tanınmış şirkət olan SİEMENS iştirak edib. Amma nədənsə sonralar, 2007-ci ildən sonra bu şirkətin xidmətlərindən imtina edilib və müvafiq işləri görmək üçün Azərenerji Dünya Bankı ilə birgə Fransanın «Areva» şirkətini seçib.
Ötən gün keçirilən müşavirədən sonra hiss olunurdu ki, Prezident baş verənlər haqqında tam məlumatlıdır. Qeyd etdiklərim də daxil olmaqla qəzanın səbəbləri, enerji sisteminin bütün ölkədə çökməsi tam dərindən araşdırılacaq və təqsirkarlar öz cəzasını alacaqlar”.
Qeyd edək ki, iyulun 3-də gecə saatlarında Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES 1-ci və 6-cı enerji blokunda partlayış baş verib. Bundan sonra ölkə ərazisində elektrik enerjisinin təmin olunmasında problemlər yaranıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat