“Prezident bu sərəncamlarla daim xalqın yanında olduğunu əyani şəkildə göstərir”

"Prezident İlham Əliyev yenidən seçildikdən sonra ardıcıl olaraq ciddi islahatlara başladı”.
Bunu "Sherg.az”a açıqlamasında AMEA-nın əməkdaşı, ilahiyyatçı Əkrəm Həsənov deyib.
Ekspert bildirib ki, islahatlar ölkə rəhbərinin daim xalqın yanında olduğunu əyani şəkildə göstərir:
"Xalq sahibsiz olmadığından dəqiq əmindir. Çünki, heç bir xalq, heç bir ölkə, heç bir dövlət başsız və rəhbərsiz deyil. Dövlətin sahibi bu millət və dövlət üçün bütün imkanlardan istifadə edərək hər bir vətəndaşın problemini yerindəcə həll edir, köməklik göstərir, qayğısını əsirgəmir. 
Ancaq özlərini "millətin qayğısına qalan” kimi göstərərək ölkədən qaçanlar, xaos yaratmaq niyyəti ilə sosial şəbəkələrdə dövləti və xalqı söyüşlə, təhqirlə, yalanla məşğul olurlar. 
Özlərinin hər iki dünyalarını məhv edirlər. Məsləhətim budur ki, onlar da hər iki dünyalarını məhv etməsinlər, bir balaca savab qazansınlar.
 Kənardan deyil, ölkənin içərisindən məsələlərə yanaşsınlar. Prezident İlham Əliyevin islahatlarını müxaliflər dərhal öz adlarına çıxmağa cəhd göstərirlər. Son islahat isə onları şoka saldı. Çünki, onlar əvvəlcədən bunun fərqində olmadılar”.
İsmayıl