"Prezident və Birinci vitse-prezident şəhid ailələrini öz doğma ailələri kimi qəbul edir"

"Prezident İlham Əliyev yalnız indi deyil, bütün siyasi fəaliyyəti dönəmində şəhidlərə sayğılı olub, onların əzizlərinə xüsusi həssaslıqla yanaşıb”.
Bunu "Sherg.az”a siyasi şərhçi Azər Həsrət deyib.
Ekspert bildirib ki, dövlət başçısının bu istiqamətdə atdığı addımlar heç kim üçün gözlənilməz deyil: 
"Hətta onu da əlavə edim ki, bəzi şəhid ailələrinin məlum maliyyəni almasıyla bağlı anlaşılmazlıq ortaya çıxanda hamı deyirdi ki, məsələdən cənab Prezident xəbər tutan kimi onu dərhal həll edəcək. Elə də oldu. Prezident özü məsələdən hali oldu və 1-ci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə dərhal hərəkətə keçdilər, qısa müddətdə problemi həll etdilər. 
Biz həmişə inanmışıq və indi də inanırıq ki, bu ölkədə şəhidlərin millətə əmanət etdiyi əzizlərinə sahiblənəcək ən ali şəxs Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevadır. Onlar şəhid ailələrini öz doğma ailələri kimi qəbul edir, onların dərdini öz dərdləri kimi yaşayır”.
Analitik bəyan edib ki, dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva övladını şəhid vermiş ataya-anaya övlad, şəhid qardaşına qardaşdır:
"Ona görə də Azərbaycan xalqının hər bir fərdi bu Vətən üçün canını fəda etməkdən çəkinmir. Hər bir insanımız bilir ki, şəhid olacağı təqdirdə öz dövlətimiz, Prezidentimiz onun geridə buraxdıqlarına sahib duracaq. Prezident İlham Əliyevin atdığı son addımlar bunu bir daha əməldə sübut edir. Zatən biz həmişə deyirik ki, Prezident İlham Əliyev sadəcə söz adamı deyil. O, sözünü əməliylə təsdiq edən bir liderdir”.
İsmayıl