Prezident: Zimbabve Prezidentinin Azərbaycana səfəri tərəfdaşlığımızın gücləndirilməsi üçün imkanlar yaradacaq
10:32 19.01.2019
Arxiv
352
Zimbabve Prezidentinin Azərbaycana səfəri tərəfdaşlığımızın gücləndirilməsi üçün imkanlar yaradacaq.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizə işgüzar səfərə gələn Zimbabve Prezidenti Emmerson Mnanqaqva ilə görüşündə deyib.
Dövlətimizin başçısı qeyd edib: "Xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Əminəm ki, səfəriniz çox məhsuldar keçəcək və tərəfdaşlığımızın gücləndirilməsi üçün imkanlar yaradacaq. Bu, Zimbabve Prezidentinin Azərbaycana ilk səfəridir, odur ki, bu, tarixi səfərdir. Əminəm ki, məhsuldar müzakirələr zamanı biz əməkdaşlığımızın çox mühüm sahələrini müəyyən edəcəyik. Biz ticarət münasibətlərimizin genişləndirilməsi üçün imkanları, həmçinin siyası sahədə qarşılıqlı fəaliyyətimizə aid məsələləri nəzərdən keçirəcəyik.
Bilirəm ki, gəlişiniz çərçivəsində Siz bir neçə ölkəyə səfər edirsiniz. Çox şadam ki, Azərbaycan da Sizin səfər etdiyiniz ölkələrdən biridir. Bu, Sizin ölkəmizə və münasibətlərimizə verdiyiniz önəmin göstəricisidir. Biz də öz növbəmizdə, ölkələrimiz arasında münasibətləri inkişaf etdirmək istəyirik. Əlbəttə ki, Sizin səfəriniz də bu münasibətlərin inkişafı üçün məsələlərin müzakirəsi baxımından çox əla imkandır. Bir daha Azərbaycana xoş gəlmisiniz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İrana 24 milyard dollar qaytarıla bilər
14:03 26.05.2026
Gündəm
"Beşiktaş"dan Zidan sürprizi: İlk təmas quruldu
13:46 26.05.2026
Futbol
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
13:35 26.05.2026
Gündəm
Ali Məhkəməyə iki yeni hakim təyin edilib
13:29 26.05.2026
Aktual
Milli Məclis dövlət komitəsinin hesabatını təsdiq edib
13:00 26.05.2026
Cəmiyyət
Sergey Lebedev: Xarici aktorlar MDB-ni parçalamaq istəyirlər
12:59 26.05.2026
Dünya
“Liverpul” Alissonla bağlı qərarını verdi
12:44 26.05.2026
Futbol
AAYDA-nın daha 7 qurumu ləğv olunur
12:37 26.05.2026
İnfrastruktur
Putin: Dünyada hərbi-siyasi vəziyyət xeyli mürəkkəbləşib
12:36 26.05.2026
Dünya
Ağdam şəhərinə yola salınan 110 ailə mənzil başına çatıb - FOTOLAR
12:29 26.05.2026
Gündəm
Sabah 28 dərəcə isti olacaq
12:20 26.05.2026
Ekologiya
İtaliya Prezidenti Azərbaycan liderini təbrik edib
12:12 26.05.2026
Gündəm
SEPAH ABŞ PUA-sının vurulduğunu bildirir
11:57 26.05.2026
Dünya
Bu gün işdən 1 saat tez çıxacaqsınız
11:07 26.05.2026
Cəmiyyət
Zənginləşdirilmiş uran ya dərhal ABŞ-a veriləcək, ya da… - Tramp
10:57 26.05.2026
Dünya