Prezidentin fərdi təqaüdünün məbləği artırıldı - 1300 MANAT




Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması haqqında fərman verib.
AzərTac-ın məlumatına görə, fərmanla Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği artırılaraq 1300 manat müəyyən edilib.
Bu Fərman 2016-cı il noyabrın 1-dən qüvvəyə minir.