Prezidentin göstərişi ilə 11 iqtisadi yol xəritəsi hazırlanıb
Vüqar Bayramov: “Strateji yol xəritələri konkret istiqamətlər üzrə hazırlanıb”
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev "Milli iqtisadiyyat
və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərman
imzalayıb. Ölkə başçısının fərmanı Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı, qeyri-neft
sektorunun dirçəlməsi baxımından tarixi əhəmiyyətə malikdir.
Məlumat üçün bildirək ki, dövlət başçısının tapşırığı ilə strateji yol xəritələrinin hazırlanmasına yerli ekspertlər və "beyin mərkəzləri” də cəlb olunub. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov da yerli ekspert kimi milli iqtisadiyyat üzrə strateji xəritənin
hazırlanmasında iştirak edib. Milli Strategiya barədə danışan iqtisadçı bildirib ki, Azərbaycan yeni post-neft dövrünə qədəm qoyub. Post-neft dövründə yeni iqtisadi modelin tətbiqi vacibdir:
"Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ölkədə neft gəlirləri yüksək olduğu dövrdə
hazırlanmış və təsdiq edilmiş bir konsepsiyadır. Bu konsepsiya daha çox infrastrukturun inkişaf
etdirilməsi və rəqabət qabiliyyətinin artırılması üzərində qurulub. Yeni model mövcud
infrastrukturdan istifadə etməklə, həm xarici investisiyanın cəlb edilməsi, həm neftdən asılılığın
aradan qaldırılması, həm də iqtisadiyyatın diversifikasiyası, modernləşdirilməsi kimi fəaliyyətləri
özündə əks etdirir”.
İqtisadçı strategiyanın 3 dövrü əhatə etdiyini nəzərə çatdırıb: "Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə baxışı özündə ehtiva edir. Strateji dövr 2025-ci ildən başlayır. Hər bir dövrdəki fəaliyyətlər sonrakı dövr üçün baza rolunu oynayacaq. Bu da ardıcıllığın qorunub saxlanılması və islahatların həyata keçirilməsinin fasiləsizliyini təmin etmək məqsədi daşıyır. Strateji xəritənin əvvəl qəbul edilmiş dövlət proqramlarından əsas fərqi ondan ibarətdir ki, fəaliyyətlər illər üzrə qruplaşdırılıb və hər bir fəaliyyətin müddəti, o fəaliyyət üçün tələb olunan maliyyə və məsul olan dövlət qurumu müəyyənləşdirilib. Eyni zamanda, hər bir fəaliyyətin nəticələrinin yoxlanması üçün konkret indikatorlar müəyyənləşdirilib. Konkret indikatorlar əsasında nəzərdə tutulan fəaliyyətin necə icra olunduğunu müəyyənləşdirmək mümkün olacaq. Bu, imkan verəcək ki, dövlət qurumlarının
hesabatlılığını artırmaq mümkün olsun, fəaliyyətə daha hesabatlı və məsuliyyətli yanaşsınlar”.
Mərkəz sədri 11 istiqamət üzrə strateji yol xəritələrinin bəzilərinin iqtisadiyyatın sektorları üzrə
hazırlandığını deyib: "Məsələn, turizm, maşınqayırma, kimya sənayesi üzrə strateji yol xəritələri
var. Digər strateji yol xəritələri konkret istiqamətlər üzrə hazırlanıb. Kiçik və orta sahibkarlığın
inkişafı, uyğun mənzil təminatını nəzərdə tutan strateji yol xəritələri var. Məqsəd həmin sektorların
ixrac qabiliyyətini artırmaq, bu sektorlara xarici investisiyaların cəlb edilməsinə nail olmaqdır”.
V.Bayramovun sözlərinə görə, uyğun qiymətli mənzil təminatı ilə bağlı strateji yol xəritəsi
mənzillərin inşa edilərək daha aşağı qiymətlə vətəndaşlara təklif edilməsini nəzərdə tutur: "Birinci il
2 min, növbəti illərdə isə hər il 3 min mənzil aşağı qiymətlərə vətəndaşlara təklif olunacaq. Bu,
mənzil bazarının 10 faizidir. Hesablamalara görə, mənzil bazarında illik tələbat 30 min mənzildir. 3
min mənzilin uyğun qiymətə vətəndaşlara təklif edilməsi nəzərdə tutulub”.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı-direktoru Vüsal Qasımlı da
bildirib ki, "Strateji yol xəritəsi” çox ciddi təhlillər üzərində qurulub: "Burada Azərbaycanda
mövcud iqtisadi vəziyyət, həm də qlobal və regional trendlər nəzərə alınıb. Strateji baxışAzərbaycanın davamlı iqtisadi inkişafı əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılması
və qlobal regional dəyər zəncirlərində özünəməxsus mövqeyinin gücləndirilməsi üzərindən sosial
rifahı yaxşılaşdırmağa istiqamətlənəcək. Strateji baxışın altında funksional olaraq 11 sektor
müəyyənləşib. Bunlardan 6-sı bilavasitə real sektorla, o cümlədən neft-qaz və kimya məhsullarının,
kənd təsərrüfatı məhsullarının istehsalı, turizm sektorunun inkişafı ilə bağlıdır. İki sahə sosial
məsələlərlə əlaqədardır. Bu, həm də onu göstərir ki, Azərbaycan indiyədək yürütdüyü sosial bazar
modeli fəlsəfəsini qoruyur və bundan sonrakı strategiyanın mərkəzində də insan amili dayanır.
Üç sektorda isə biz telekommunikasiya və maliyyə-bank sektorunu infrastruktur çətiri altında
birləşdirmişik. 11 sektoral yanaşma ilə bərabər biz 4 əsas prioritet istiqamət müəyyənləşdirmişik. Bu
istiqamətlər 11 sektorun hər birinə aiddir. Bunlar, ilk növbədə, fiskal və monetar siyasətin
uzlaşdırılması, ikinci istiqamət insan kapitalının inkişafı və əmək bazarının regional, qlobal və milli
iqtisadi inkişaf tələbatına uyğunlaşdırılmasıdır. Üçüncü prioritet istiqamət biznes mühitinin
yaxşılaşdırılması, dördüncü isə dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsidir”.
İsmayıl