Prezidentin İran səfəri əməkdaşlığın inkişafına möhkəm zəmindir
21:06 24.02.2016
Arxiv
831
Siyasi ekspertlər imzalanan sənədləri şərh etdilər
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İrana rəsmi səfəri yüksək əhval-ruhiyyədə keçib. Bu səfər ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün etibarlı zəmin yaradıb. Dövlət başçılarının iştirakı ilə iki ölkə arasında 11 sənəd imzalanıb.
Səfərin ilkin nəticələri onu deməyə əsas verir ki, Azərbaycan-İran əlaqələri yüksələn xətlə, uğurla, sürətlə inkişaf edəcək və strateji əməkdaşlıq səviyyəsinə qalxacaq. Azərbaycan İranla əlaqələri hər zaman normal səviyyədə saxlayıb və cənub qonşumuzun əleyhinə heç bir addım atmayıb. Azərbaycanla İran üzv olduqları bütün beynəlxalq təşkilatlarda biri-birini daim dəstəkləyiblər. Bu baxımdan, iki ölkə arasında əməkdaşlığın çox böyük perspektivi var. Ekspertlərə görə də, əldə olunmuş razılaşmalar, imzalanmış sənədlər ölkələr arasında əlaqələri daha da gücləndirəcək. Çünki ikitərəfli, çoxtərəfli və regional əməkdaşlığın inkişafına xidmət göstərəcək. Azərbaycanla İran arasında ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi və mövcud potensialın tam realizə olunması üçün lazımi tədbirlər görüləcək. Ən əsası isə İranla Azərbaycan arasında neft-qaz sektorunda əməkdaşlıq inkişaf etdiriləcək. Hər iki ölkədə ciddi iqtisadi islahatların aparılması, biznes mühitinin yaxşılaşdırılması qarşılıqlı sərmayə qoyuluşu üçün yeni imkanlar yaradır. İranla Azərbaycan arasında maliyyə, bank, sığorta, turizm, əczaçılıq və digər sektorlarda əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı şərait var.
Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fazil Mustafa Prezidentin İran səfərinin mühüm hadisə olduğunu bildirib. Onun sözlərinə görə, xüsusilə indiki həssas dönəmdə İran kimi qonşu ölkə ilə məsələlərin bu formada hərtərəfli ələ alınması olduqca vacibdir:
"İran tərəfi də artıq anlayır ki, Azərbaycanla kifayət qədər normal qonşuluq münasibətlərini davam etdirmək lazımdır. Biz çalışmalıyıq ki, İranın Ermənistanla olan əlaqələri Azərbaycanın maraqları əleyhinə işləməsin. Bu səbəbdən İranla münasibətləri daha da yaxşılaşdırmaq bizim üçün faydalıdır. Qarşılıqlı ittihamlardan uzaqlaşaraq, daha sağlam və faydalı şəkildə, xüsusən də iqtisadi zəmində münasibətləri inkişaf etdirmək gərəkdir. Xüsusən də İran üzərindən sanksiyaların götürüldüyü vaxtda bu ölkə üçün ən əlverişli variant Azərbaycanla iqtisadi əlaqələri inkişaf etdirməkdir. Çünki Rusiya və digər ölkələrlə müqayisədə daşınma - tranzit ölkə baxımından ən faydalı seçim Azərbaycandır. Azərbaycan da Hind okeanı və o bölgələrə, həmçinin Çin bazarına çıxış üçün İrandan faydalana bilər. Bu cür qarşılıqlı məsələlərə görə, hər iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olması vacibdir. Ümid edirəm ki, münasibətlərin daha da inkişafı regionda sabitliyin pozulmasına qarşı da müəyyən dərəcədə iradə birliyi ortaya çıxaracaq. Ümumilikdə bu səfəri faydalı hesab edirəm və nəticələrinə ümid bəsləyirəm”. Millət vəkili Sahib Alıyev də Azərbaycan dövlət başçısının İrana səfərinin əhəmiyyətini vurğulayıb: "İran deyəndə bizim gözümüzün önünə ilk növbədə oradakı soydaşlarımız gəlir. Ona görə də biz bu qonşu ölkəni abad, demokratik və əmin-amanlıq içərisində görmək istəyirik. Ümid edirəm ki, cənab Prezidentin bu səfəri hər iki ölkənin əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi baxımından yeni bir mərhələnin başlanığıcı olacaq”.
Xəzərin problemləri üzrə ekspert, politoloq Rüstəm Məmmədov bildirib ki, İranla Azərbaycan arasında neft və qaz layihələrinə dair anlaşma memorandumunun imzalanması iqtisadi-siyasi baxımdan önəmli hadisədir: "Azərbaycan kimi İran da neft ölkəsidir. Xüsusilə də iqtisadi sanksiyalar bu ölkə üzərindən götürüldükdən sonra İran öz neft-qazı ilə meydana yenidən daxil olub. Bu gün İran faktoru qonşu dövlətlərə də öz təsirini göstərməkdədir. Bu mənada Azərbaycanın neft-qaz siyasəti İransız ötüşmür. Ona görə də Azərbaycan dövlət başçısının İrana səfərini, Prezidentin neft-qaz siyasətini, orada imzalanan müqavilələri əhəmiyyətli hadisə kimi qiymətləndirirəm. Azərbaycanla İran arasında münasibətlər hər zaman dostluq səviyyəsində olub. Bu münasibətlərin daha da inkişaf etdirilməsi, iqtisadi sahədə yeni razılıqların əldə edilməsi hər iki tərəfə fayda verər. İran Prezidentinin də ağıllı, düzgün siyasi kurs yeritməsi ölkələrimiz arasında dostluğun güclənməsinə gətirib çıxaracaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol