Rauf Vəliyev qeyd edib ki, bu il Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi üçün əlamətdardır: "Gəmiçilik olaraq 160 illik yubileyimizi qeyd edəcəyik. Qürurlu tarixdir və sevindirici haldır ki, Cənab Prezident də yubiley ilimizin daha yaddaqalan olması üçün biz dənizçilərə diqqət və qayğısını əsirgəmir. Bildiyiniz kimi, bu il Gəmiçiliklə bağlı iki medal ("Gəmiçilik sahəsində xidmətlərə görə” və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” medalları) təsis edilib. Bu medallar Prezident tərəfindən bütün dəniz nəqliyyatı işçilərinin əməyinə verilən yüksək qiymətdir”.
Prezidentin Sərəncamı ilə təltif olunan dənizçilərə mükafatlar təqdim olunub
14:01 03.08.2018
Arxiv
1188
Prezident İlham Əliyevin 23 iyun 2018-ci il tarixində imzaladığı Sərəncamla dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə təltif etdiyi "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin bir qrup əməkdaşına mükafatların təqdim olunması mərasimi keçirilib.
Tədbirdə çıxış edən "AXDG”QSC-nin sədri Rauf Vəliyev bildirib ki, dəniz nəqliyyatı sahəsində çalışanların fədakar əməyi hələ Ümummilli Liderimiz Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə yetərincə qiymətləndirilib. Ulu Öndərin siyasətini layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev də dənizçilərə daim diqqət və qayğı göstərir, müstəqil Azərbaycanımızın iqtisadi qüdrətinin artırılması naminə gördükləri işləri yüksək dəyərləndirir. Elə bu yaxınlarda ölkə başçısının Gəmiçiliyin bir veteran əməkdaşının "Prezidentin fərdi təqaüdü”, dörd əməkdaşının "3-cü dərəcəli əmək ordeni”, 12 əməkdaşının "Tərəqqi” medalı, bir əməkdaşının isə "Əməkdar mühəndis” fəxri adına layiq görülməsi barədə imzaladığı sərəncamları buna sübutdur.
Rauf Vəliyev qeyd edib ki, bu il Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi üçün əlamətdardır: "Gəmiçilik olaraq 160 illik yubileyimizi qeyd edəcəyik. Qürurlu tarixdir və sevindirici haldır ki, Cənab Prezident də yubiley ilimizin daha yaddaqalan olması üçün biz dənizçilərə diqqət və qayğısını əsirgəmir. Bildiyiniz kimi, bu il Gəmiçiliklə bağlı iki medal ("Gəmiçilik sahəsində xidmətlərə görə” və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” medalları) təsis edilib. Bu medallar Prezident tərəfindən bütün dəniz nəqliyyatı işçilərinin əməyinə verilən yüksək qiymətdir”.Həm medallara, həm də 23 iyunda imzalanan sərəncamlara görə çoxminli dənizçi kollektivi adından bir daha möhtərəm Prezidentimizə minnətdarlığını bildirən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev dənizçilərin bu, yüksək etimadı doğruldacaqlarına əminliyini ifadə edib.
Sonra yüksək mükafatlar sahiblərinə təqdim olunub. Təltif olunan dənizçilər cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildirərək, göstərilən diqqət və qayğı nəticəsində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin daha böyük nailiyyətlər qazanacağını vurğulayıblar.
Qeyd edək ki, mərasimdə "AXDG” QSC sədrinin əmrinə əsasən səmərəli əmək fəaliyyətinə görə və "Dənizçi günü” peşə bayramı münasibəti ilə təltif olunan 21 nəfərə də Gəmiçiliyin Fəxri Fərmanı verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya