"Problemli banklarımız çoxdur, ancaq sağlamlaşma prosesi de gedir" - Açıqlama
15:25 06.06.2018
Arxiv
725
"Banklarımızın xarici öhdəliklərinin artması bu sahənin sağlamlaşmasını göstərir”
Bunu "Sherg.az”a iqrisadçı-ekspert Fuad İbrahimov bildirib.
Onun sözlərinı görə, bank sektoru çox mürəkkəbdir:
"Bilirik ki, bankların bu vəziyyətə düşməsinin səbəbi 2015-2016-cı illərin devalvasiyalarıdır. Devalivasiyadan sonra neftin qiymətinin düşməsi də sözügedən sahədə ikinci bir geriləmə yaratdı. Bu problem hətta postsovet məkanında daha çox yaşandı. Xüsusi ilə də neft-qaz ehtiyatları ilə zəngin olan ölkələr buna çox həssas reaksiya verdi.
Bu həssaslığın zərbəsinin qarşısında məhz bank sektoru qaldı. Bank sektorunda azalma prosesi ilə yanaşı digər problemlər də yaşandı. Ancaq hazırda azalma tendensiyası getdiyi halda son iki ayda artım baş verdi.
Bazar münasibətlərində, iqtisadiyyarda belə bir anlayış var ki, hər hansı bir prosesi sərbəst buraxanda o gedib özü-özünü sağaldır. Baxmayaraq ki, problemli banklarımız çoxdur. Ancaq sağlamlaşma prosesi də gedir. Bu nöqteyi nəzərdən artımla bağlı hər hansı bir rəqəm əldə edilməsi sevindiricidir. Həmçinin bu, təbii haldır.
Düşünürəm ki, iqtisadiyyatımızda bir balaca liberallaşma prosesi getsə, banklarımızda onun reaksiyasını aydın görəcəyik. Ancaq bu haqda danışmaq tezdir. Bu göstəricilərin olması banklarımızın xarici öhdəliklərinin artmasını, ən əsası da sağlamlaşmasını gösərir. Bunun olması da təbii haldır”.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəlikləri bu il mayın 1-nə 1 899,8 mln. manat təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Bu, aprelin 1-i ilə müqayisədə 7,5 mln. manat və yaxud 0,4% çoxdur. Son 1 ildə isə kommersiya banklarının xarici öhdəlikləri 5 199,5 mln. manat və ya 3,7 dəfə azalıb. İlin əvvəlindən isə bu göstəricidə 408,5 mln. manat və ya 17,7% azalma qeydə alınıb. Beləliklə, Azərbaycan bank sektorunun xarici öhdəlikləri ardıcıl səkkiz azalmadan sonra artıma keçib.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol
37 yaşlı kişi həyətində ölü tapıldı
10:29 11.09.2026
Hadisə
Bakıda xanıma qarşı nalayiq ifadələr işlədən kişi həbs edildi
10:26 11.09.2026
Hadisə
Bu türk ölkəsi “Avroviziya”ya buraxılmadı
10:17 11.09.2026
Şou
AfD Mertsdən polisə şikayət etdi - “Bu dəfə həddini aşdı”
10:03 11.09.2026
Dünya