"Mənim namizədlik dissertasiyam da gəncliyə həsr olunub. Ölkəmizdə gəncliyə diqqət və qayğı var və biz bunun şahidiyik. Bununla yanaşı çox arzu edərdim ki, gənclərin potensialından daha yaxşı istifadə edək. Gənclərimizn potensialı ortada olan fəaliyyətlərindən dəflərlə çoxdur. Apardığım təhlillər əsasında bu qənaətə gəlmişəm".
Bu sözləri "Sherg.az" sosioloq, professor Əhməd Qəşəmoğlu deyib. Onun sözlərinə görə, bu potensialı üzə çıxarmaq üçün gənclərin fiziki, mənəvi və intellektual baxımdan keyfiyyətli böyüdülməsi vacibdir. Buna çalışmaq lazımdır və çalışırlar da:
"Biz istəyirik ki, dünyanın qabaqcıl ölkələri sırasında olaq. Təbii ki, bunun üçün keyfiyyətli gənclik yetişdirməliyik. Allaha şükür ki, ortada yaxşı nümunələr var. Azərbaycan gəncləri xaricdə elm və idman sahəsində müsbət nəticələr əldə edirlər. Və ölkəmizdə də gənclərə böyük meydan verilib. Bundan qat-qat çox olması da mümkündür.
İndiki halda gənclərin daha vətənpərəvər, daha elmli, daha tərbiyəli və daha bacarıqlı böyüməsi üçün məktəblərin üzərinə böyük yük düşür. Məktəb idarəolunan sistemdir. Məktəblərdə vəziyyəti elə qurmalıyıq ki, gənclərimizin potensialı daha tez üzə çıxsın. Sonda onu da qeyd edirəm ki, son illər gənclərlə bağlı çoxasaylı təqdirolunmalı addımlar atılır. Bunları görməmək mümkünsüzdür.Amma daha böyük uğurlara müəssər olmaq olmağa da potensialımız var və bu, dövrün,z amanın tələbidir".
Qeyd edək ki, fevralın 1-də Bakıda Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva toplantıda iştirak ediblər. Gənclər Günü münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev bu günün ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edildiyini xatırlatdı, Ümummilli Liderin gənclərə həmişə böyük sevgi və qayğı ilə yanaşdığını bildirdi. Dövlətimizin başçısı Azərbaycanda müasir gənclər siyasətinin 1994-cü ildən başladığını, həmin il Ulu Öndərin o zaman mövcud olan çətinliklərə baxmayaraq, Gənclər və İdman Nazirliyini yaratdığını və bunun da gənclər üçün imkanlar açdığını vurğuladı. Prezident İlham Əliyev ölkəmizdə gənclərlə bağlı dövlət proqramlarının qəbul olunduğunu, bölgələrdə Gənclər mərkəzlərinin, Olimpiya İdman komplekslərinin açıldığını qeyd etdi, ölkəmizdə gənclərlə bağlı müxtəlif mötəbər beynəlxalq tədbirlərin keçirildiyini bildirdi.
Ayyət Əhməd