Prokurorluq orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ: yazılı imtahanın vaxtı açıqlandı
15:51 15.08.2019
Arxiv
487
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"yə uyğun olaraq Baş Prokurorluq tərəfindən elan edilmiş müsabiqənin yazılı imtahan mərhələsi 21 avqust 2019-cu il tarixdə saat 10:00-dan başlayaraq 4 saat müddətində Bakı İdman Sarayında (ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 26 A) keçiriləcək.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, imtahanı müşahidə etmək üçün müvafiq dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət ediləcəklər.
Yazılı imtahana buraxılmış namizədlər "Yazılı imtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsini təqdim etməklə imtahanda iştirak edə bilərlər. İmtahanın keçirilməsi qaydalarına dair məlumat "Yaddaş kitabçası"nda əks etdirilmişdir.
Namizədlər "Yazılı imtahana buraxılış vərəqəsi" və "Yaddaş kitabçası"nı 19, 20 avqust 2019-cu il tarixlərdə saat 10:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Baş Prokurorluğun inzibati binasının qəbul otağında (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər.
İmtahanla bağlı əlavə məlumat almaq üçün 437-28-56, 492-06-82, 492-74-32 və 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat