Putin: “Biz hər şeyi edəcəyik ki, Qarabağ problemini həll edək...”





Biz Qarabağ probleminin həllinə çalışacağıq. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimi Putin söyləyib. Onun sözlərinə görə, bu konfliktin tarixi çox qədimdir:
"Biz buna çox ehtiyatla yanaşmalıyıq. Bu, çox köhnə konfliktdir. O, dondurulmuş formada olub. Biz hər şeyi edəcəyik ki, onu həll edək. Siyasi baxımdan kompromis tapılmalıdır. Beynəlxalq əməkdaşlıq və ikitərəfli qaydada bu konfliktin həlli üçün çalışacağıq. Rusiya bu konfliktin həllində maraqlıdır. Bizim ölkədə milyonlarla erməni və azərbaycanlı yaşayır. Mən elə azərbaycanlı və erməni tanıyıram ki, onlar konfliktə baxmayaraq, hələ də yaxşı əlaqələrə sahibdirlər. Düşünürəm ki, bu, yaxşı şeydir”.