Putin respublika rəhbərini dəyişdi




Rusiya Prezidenti Vladimir Putin Federasiya tərkibində yerləşən Udmurtiya Respublikasının rəhbəri Aleksandr Solovyovu vəzifəsindən azad edib.

Axar.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov məlumat verib.

O bildirib ki, Solovyov etibarını itirməsi səbəbindən rəhbərlikdən çıxarılıb.

Peskov sözlərinə görə, onun yerinə Rusiya İctimai Palatasının katibi Aleksandr Breçalov təyin edilib.

Bundan əlavə, Rusiya mətbuatında yayılan məlumatlarda Sovolyovun polis tərəfindən saxlanıldığı bildirilib.